Azərbaycanlı müəllim beynəlxalq festivalda ustad dərsləri keçib
16.08.2017 [10:04]
Rusiya Federasiyasının Tatarıstan Respublikası Kazan Dövlət Universitetinin Alabuğa İnstitutunda keçirilən 8-ci beynəlxalq müəllimlər festivalında Azərbaycanı Təhsil İnstitutunun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Əməkdar Müəllim Almaz Həsrət təmsil edib.
AZƏRTAC xəbər verir ki, festivala Rusiya ilə bərabər, ABŞ, Almaniya, Türkiyə, Avstriya, İrlandiya, Belarus, İsrail də daxil olmaqla 30-a yaxın ölkədən beş yüzədək iştirakçı qatılıb. Tədbirdə Almaz Həsrət iştirakçı müəllimlərə tədrisdə yeni texnologiyaların tətbiqi ilə bağlı iki ustad dərsi keçib. Böyük maraqla qarşılanan dərslərdə iştirakçılara Azərbaycan təhsilindəki təcrübə, xüsusilə də yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində aparılan işlər barədə də məlumat verilib.
Almaz Həsrət öz ustad dərslərində həm şəxsi, həm də beynəlxalq təcrübəyə əsaslanaraq iştirakçıların bir çoxu üçün yeni sayıla biləcək təqdimatlarla çıxış edib. Onun olduqca faydalı dərsi iştirakçılarda Azərbaycan təhsilinə xüsusi maraq oyadıb. Azərbaycanlı müəllimə bu dərslərini Rusiyanın başqa ali təhsil müəssisələrində də keçməsi təklif edilib.
Alabuğa İnstitutunun rektoru Yelena Merzon azərbaycanlı ekspertin festivalda iştirakını yüksək dəyərləndirib. Qeyd edib ki, Kazan Dövlət Universiteti bu əməkdaşlığa xüsusi önəm verir. O, artıq ikinci dəfə ustad dərsi vermək üçün dəvət edilmiş Almaz Həsrətin öz təcrübəsini təkcə ölkəsində deyil, kənarda da həvəslə paylaşdığını deyib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar və ixtisasartırma diplomları təqdim edilib. Almaz Həsrət və digər ustad dərsi keçənlər isə xüsusi diplomlarla təltif ediliblər. Həmçinin azərbaycanlı müəllimə işlədiyi qurumun rəhbərinə ünvanlanmış təşəkkür məktubu da təqdim olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20

