Bakıda Xəzəryanı ölkələrin iştirakı ilə “Xəzər-2017” beynəlxalq təlimi keçirilib
04.11.2017 [01:08]
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Xəzəryanı ölkələrin iştirakı ilə Bakının Qaradağ rayonu ərazisində, Xəzər dənizinin cənub-qərb hissəsində “Xəzər-2017” beynəlxalq təlimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə təlimdə iştirak edən qurumların texnikalarına və avadanlığına baxış olub.
Sonra təlimlə bağlı yaradılan əməliyyat qərargahında müşavirə keçirilib.
Müşavirədə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Bakıda ilk dəfə olaraq Azərbaycanın ev sahibliyi və Rusiya, İran, Qazaxıstan, Türkmənistanın iştirakı ilə “Xəzər-2017” beynəlxalq təlimi keçirilir: “Fövqəladə hadisələrə cavab verilməsi üzrə Xəzəryanı ölkələrin xilasetmə xidmətlərinin birgə iştirakı ilə təlim mühüm hadisədir. Bu gün beş ölkə arasında əməkdaşlığın yeni formatı yaranır. Əsrlərboyu qonşu olan xalqlarımızı ortaq coğrafiya və tarix birləşdirir. Azərbaycanı Rusiya, İran, Qazaxıstan və Türkmənistanla sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf edib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son vaxtlar yaşadığımız regionda təbii və texnogen risklər artmaqdadır. Zəlzələ, daşqınlar, vulkan püskürmələri və bu kimi təbii fəlakətlərin birbaşa insan fəaliyyətindən qaynaqlanmadığını bilirik. İqlim dəyişikliyi artıq müxtəlif ölkələrdə ciddi nəticələrə səbəb olur, vaxt ötdükcə daha təhlükəli hal almağa başlayır. Bizi birləşdirən Xəzər dənizi ümumi sərvətimizdir. Xəzər dənizini sülh, dostluq, əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanaraq ikitərəfli münasibətlərin inkişafına diqqət yetirir. Bu ölkələr arasında sıx dostluq münasibətləri və çoxvektorlu əməkdaşlıq bizim regionda sabitlik, firavanlıq və təhlükəsizliyin rəhnidir. Odur ki, Xəzər dənizinin ekosisteminin qorunması bütün Xəzəryanı ölkələrin ümumi işidir”.
Kəmaləddin Heydərov qeyd edib ki, bu baxımdan Azərbaycandakı təlim fəlakət risklərinin effektiv idarə edilməsi, mövcud istiqamətlərdə fəaliyyətin gücləndirilməsi, risklərə gətirib çıxaran halların birgə aradan qaldırılmasına mühüm zəmin yaradacaq.
Sonra təlimin rəhbəri, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev beynəlxalq təlimə cəlb olunan qüvvə və texnikalar barədə məlumat verib. Bildirib ki, təlimə 1100 şəxsi heyət, 208 müxtəlif təyinatlı texnika, 2 təyyarə, 5 helikopter, 10 sürətli kater, 8 gəmi, 6 xüsusi təlim görmüş it cəlb edilib.
Təlim planına uyğun olaraq birinci mərhələdə fövqəladə hadisələrin başvermə təhlükəsi yarandıqda və ya baş verdikdə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xilasetmə xidmətlərinin qüvvələrindən beynəlxalq xilasetmə birləşmələrinin yaradılması, informasiya mübadiləsinin və qarşılıqlı fəaliyyətin təşkili, dənizdə yerləşən neftçıxarma platformalarında və neftdaşıyan gəmilərdə baş verən qəzalar zamanı xəbərdarlığın edilməsi, axtarış və qəza xilasetmə işlərinin həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi əməliyyatları uğurla yerinə yetirilib.
Sonda təlimdə iştirak edən qüvvə və texnikaların paradı olub.
Xəbər lenti
Hamısına baxGündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03

