Romada professor Eldar Quliyevin kitabının təqdimatı keçirilib
14.11.2017 [10:18]
İtaliyanın paytaxtı Romada Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr edilmiş “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri iştirak ediblər.
Tədbirdə Avropa Təbiət Elmləri Akademiyasının prezidenti akademik V.Q.Timinski, BMT-nin İctimai Mükafatlar üzrə Şurasının İsveçrədəki nümayəndəsi Mehmet Şükrü Gözəl, Vatikan Bonifasiana Akademiyasının prezidenti Sante de Ancelis, tanınmış alim Məsud Əfəndiyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Romadakı filialının rəhbəri Sandro Teti çıxış edərək professor Eldar Quliyevin elmi fəaliyyəti və təqdim olunan kitabın əhəmiyyəti haqqında danışıblar. Kitabda ərzaq təhlükəsizliyi ilə bağlı ən vacib məqamlara toxunulduğu və bu sahədə mövcud olan problemlərə yeni yanaşma tətbiq etmək baxımından nəşrin əhəmiyyətli olduğu vurğulanıb.
Tədbir zamanı BMT-nin İctimai Mükafatlar üzrə Şurasının nümayəndəsi Mehmet Şükrü Gözəl “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabının BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görüldüyünü elan edib. O, Eldar Quliyevə “İlin kitabı” beynəlxalq mükafatını təqdim edib.
Vatikan Bonifasiana Akademiyasının prezidenti Sante de Ancelis Eldar Quliyevin bu akademiyanın həqiqi üzvü (akademik) diplomu ilə təltif olunduğunu bildirərək, ona müvafiq diplomu təqdim edib.
Professor Eldar Quliyev təqdimat mərasimində çıxış edərək “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabındakı əsas məqamlar haqqında ətraflı məlumat verib.
Təqdimatdan sonra Eldar Quliyev Romada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

