Qardaş xalqların ədəbiyyatına yeni töhfə - “Yeni Qazax şeiri antologiyası”
05.12.2017 [10:23]
Dekabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və “Kaspi” qəzetinin təşkilatçılığı ilə “Bakıdan türk dünyasına” adlı layihə çərçivəsində “Yeni Qazax şeiri antologiyası”nın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist Sona Vəliyeva çıxış edərək layihənin əhəmiyyətindən və yeni nəşrin məziyyətlərindən söz açıb. Bildirib ki, kitabın nəşri, bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin - Azərbaycanla Qazaxıstanın ictimai-mədəni həyatında əlamətdar hadisədir. Antologiyada qazax qardaşlarımızın zəngin söz sənətinin bugünkü nümayəndələrinin, demək olar, bütün spektri ilə görünməsi, əlbəttə, təqdirəlayiqdir.
Diqqətə çatdırılıb ki, çağdaş qazax ədəbiyyatı nümayəndələrini, özəlliklə perspektiv vəd edən yeni nəsli tanımaq neçə-neçə dostluq əlaqələrinin qurulmasına, işbirliklərinin yaranmasına səbəb olacaq. Ədəbiyyatçıların, qələm adamlarının dostluğu yaxşı mənada bütün topluma geniş şəkildə sirayət edir. İlk növbədə isə ədəbiyyat sahəsində canlanma yaradır.
Layihənin rəhbəri, DGTYB-nin məsləhət şurasının sədri, şair Əkbər Qoşalı türk gənclərinin birliyinin ədəbiyyatda əks olunduğunu, qarşılıqlı əlaqələrin genişlənməsinə öz töhfəsini verdiyini bildirib. Vurğulayıb ki, qardaş xalqlar arasında körpü rolunu oynayan bu ədəbi nəşrdən sonra da digər türkdilli xalqların antologiyaları hazırlanacaq.
Qazaxıstanın Əməkdar Mədəniyyət İşçisi Almas Ahmetbekoğlu (Sakbayev) və digər qonaqlar birgə tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.
Qeyd edilib ki, Qazaxıstan ədəbiyyatına həsr edilən “Yeni qazax şeiri antologiyası”nda 57 gənc qazax şairinin şeiri toplanıb. Nəşrin baş redaktoru Əkbər Qoşalıdır. Əməkdar jurnalist Sona Vəliyeva antologiyaya “Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazıb.
Qazaxıstanın Dövlət mükafatı laureatı Temirxan Mədətbek isə nəşrə “Ön söz” yazıb. Antologiyanın tərtibçiləri Tanagöz İlyas, Dauren Kasenov və başqalarıdır.
Tədbirdə Sona Vəliyevaya Qazaxıstan hökuməti adından “Təşəkkürnamə” və xatirə hədiyyəsi təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

