/ / İsmayıllıda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
İsmayıllıda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
25.04.2018 [09:13]
İsmayıllıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mədəniyyət mərkəzində təşkil olunan regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İsmayıllı rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, fəal gənclər, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra mədəniyyət mərkəzinin foyesində Ulu öndərin zəngin həyatını, ictimai-siyası fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub.
Konfransı açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, Ulu öndər tərəfindən işlənib hazırlanan dövlət-din modelinin bütün dünya üçün bir nümunə olduğunu söyləyib. Rayondakı dini durum və dini icmaların qarşılıqlı fəaliyyəti barədə ətraflı məlumat verən M.Sadıqov bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində həyata keçirdiyi uğurlu islahat proqramlarından danışıb. Dövlət Komitəsinin sədri Ümummilli liderin ölkəmizdə dövlət-din münasibətlərinin əsasını qoymaqla, bu sahədə sağlam ideologiya yaratdığını bildirib. Qeyd edib ki, dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, qanunvericilik bazası formalaşdırılıb.
Bu uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Mübariz Qurbanlı bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasının önəminə toxunub, müstəqil Azərbaycanın 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bildirib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən atılan bu mühüm addım, həm də Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətlərinin tarixinə nəzər salmağımıza səbəb olur. Bugünkü dövlət-din modelimiz tariximizə, ənənələrimizə əsaslanır. Bu model bu gün ölkəmizdə sabitliyin, tolerantlığın, nəticə etibarı ilə dinamik inkişafımızın başlıca səbəblərindəndir. Komitə sədri Prezident İlham Əliyevin dinə qayğısının təzahürü olaraq 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etdiyini, ötən ilin oktyabr ayında Mənəvi Dəyərlərin Təbliği Fondunun, bu ilin fevral ayında isə Azərbaycan İlahiyyat İnstitutunun təsis edilməsi haqqında Fərman və Sərəncam imzaladığını diqqətə çatdırıb. Bildirib ki, Fondun nizamnaməsində milli mənəvi dəyərlərimizin təbliği əsas istiqamət təşkil edir.
Konfransdakı çıxışında Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov qeyd edib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri həmrəylik və birlik şəraitində fəaliyyət göstərirlər. Bu da Ümummilli lider Heydər Əliyevin dinin cəmiyyət həyatında rolunu yüksək qiymətləndirməsi nəticəsində mümkün olub. C.Məmmədov bu sahəyə diqqətin davamı olaraq ölkəmizdə dini ibadətgahların bərpa olunaraq dindarların istifadəsinə verildiyini, dini qurumlara maddi yardımların ayrıldığını deyib. Din xadimlərinə müraciət edən C.Məmmədov bu sahədə görülən işlərə öz töhfələrini vermələri üçün onları sağlam dini maarifləndirmə prosesinin həyata keçirilməsində, ölkəmizin radikal təsirlərdən qorunmasında aktiv olmağa çağırıb.
Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov bildirib ki, Ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə dini etiqad azadlığının əsası qoyulub. Qəbul edilən qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin edir, eyni zamanda, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
Tədbirdə dövlət-din münasibətlərinin tənzimlənməsində Ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərindən, dinə dövlət qayğısından, dövlət-din münasibətlərinin inkişaf dinamikasından, bu sahədəki siyasətin əsas istiqamətlərindən ətraflı danışılıb.
Konfrans işini aprelin 25-də İsmayıllı şəhərində “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda seminarla davam etdirəcək.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

