Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində olub

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində olub

02.06.2018 [10:10]

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xəzər rayonunda yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində olub.
Agentliyin kommunikasiya və informasiya texnologiyaları şöbəsindən AZƏRTAC-a bildiriblər ki, maarifləndirici monitorinq xarakteri daşıyan görüşdə AQTA əməkdaşları müəssisənin qida təhlükəsizliyi baxımından şəraiti ilə tanış olub. Uşaqların sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi daşıyan tədbirdə agentliyin mütəxəssisləri müəssisənin qida məhsulunun qəbulundan süfrəyə qədər keçdiyi mərhələlərə yerində baxış keçirib, məsul şəxslərə müəyyən tövsiyələr veriblər.
Qeyd edək ki, agentlik mayın 22-dən etibarən iri istehsalat müəssisələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə maarifləndirici monitorinqlərə başlayıb. Həyata keçirilən tədbirlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq, habelə gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi qeydiyyatı, dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər bu kimi istiqamətlərdə məlumatlar çatdırılır.

Paylaş:
Baxılıb: 453 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31