Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Din xadimi: Bəzi qruplar sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatı aparmağa çalışırlar

Din xadimi: Bəzi qruplar sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatı aparmağa çalışırlar

31.07.2018 [09:45]

Ölkəmizdə yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə yaradılan şərait bütün dünyada nümunə kimi göstərilir. Ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib. Amma çox təəssüf ki, bəzi qruplar sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatı aparmaqla bunun əksini sübut etməyə çalışırlar. Onlara ən tutarlı cavabı elə biz dini icma nümayəndələri verməliyik. Aparılan qarayaxma kampaniyasının heç bir əsası yoxdur.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin Xaçmaz rayonu üzrə səlahiyyətli nümayəndəsi Yaşar Rzayev bildirib.
“Deyirlər ki, guya ölkəmizdə dindarlar sıxışdırılır. Ağ yalandır. Azərbaycanın hansı bölgəsinə getsəniz yeni tikilmiş məscidlərə, ibadət evlərinə rast gələ bilərsiz. Müsəlman bacı və qardaşlarımız hansı təriqətə aid olmalarından asılı olmayaraq sərbəst şəkildə ibadətləri ilə məşğul olurlar. Müsəlmanlarla yanaşı, digər dinlərə mənsub olan vətəndaşlarımız da dini ayinlərini sərbəst yerinə yetirir, bayramlarını maneəsiz qeyd edirlər. Bir faktı deyim. Xaçmazda uzun illərdir “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsi fəaliyyət göstərir. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər həyata keçirib, dualar oxuyurlar. Rayonumuzda 20-dən çox etnik qrupun üzvləri yaşasa da, heç vaxt milli zəmində münaqişə və ya hər hansı problem yaşanmayıb. Belə olan halda hansı ayrı-seçkilikdən, sıxışdırılmadan söhbət gedə bilər. Bunların hamısı böhtandır”, - deyə Yaşar Rzayev qeyd edib.
Din xadimi işğal altında olan torpaqlarımızın da tezliklə azad olunacağına əminliyini ifadə edib: “Prezidentimiz bütün vasitələrdən istifadə edərək Qarabağımızın işğaldan azad olunması üçün çalışır. Münaqişənin qansız-qadasız, sülh yolu ilə həllinə səy göstərir. Bununla yanaşı, 2016-cı ilin şanlı Aprel döyüşləri göstərdi ki, silahlı birləşmələrimiz lazım olan anda öz gücünü ortaya qoyub ermənilərə sarsıdıcı zərbə vurmağı bacarır. Diqqət yetirin, azad olunmuş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin tapşırığına əsasən Şuşa məscidinin bənzəri olan məscid tikildi. Bu, ölkəmizdə dinə, dindarlara olan münasibətin bir göstəricisidir. Eyni zamanda, işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Biz torpaqlarımızı azad edəcəyik, dini və milli mənəvi dəyərlərimizə sahib çıxacağıq”.

Paylaş:
Baxılıb: 443 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31