Azercell-in dəstəyi ilə Ecobox şirkətinin yeni ekoloji layihəsi başladı
07.08.2018 [09:02]
“Ecobox Collection and Recycling” MMC Azərbaycanın aparıcı telekommunikasiya şirkəti “Azercell Telekom”-un dəstəyilə yeni ekoloji layihəsinə start verdi. Layihə çərçivəsində cari tarixdən etibarən Bakı şəhərinin bir çox supermarketləri əhalinin istifadə edilmiş plastik və alüminium içki qablarını təhvil verə biləcəyi xüsusi utilizasiya aparatları, fandomatlarla təchiz olunub. “Ecobox Collection and Recycling” MMC-in direktoru Hacıağa Quliyevin qeyd etdiyi kimi, adıçəkilən layihəni ruhlandıran əsas məqam Prezident İlham Əliyevin ətraf mühit problemlərinə həsr edilmiş konfrans zamanı çıxışı olmuşdur: “Ümumi daxili məhsulun artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, çoxşaxəlidir və uğurludur. Məhz bu səbəbdən ətraf mühitin qorunmasına və tullantıların azaldılmasına xüsusi diqqət verilməlidir”.
Quraşdırılan fandomatlar bir çox tərəflər üçün üstünlüklər vəd edirlər. Azercell Fakturasız xətt (SimSim) abunəçisi plastik və şüşə qabları fandomata daxil etdikdən sonra üzərində unikal şifrə olan qəbz əldə edəcək. Şifrə 9639 qısa nömrəsinə göndərildikdə abunəçi hədiyyə dəqiqələri qazanacaq. Böyük ölçülü fandomatlarda hədiyyə dəqiqələri nömrəyə birbaşa olaraq yüklənə bilər. Ən əsası isə, abunəçilər üçün hədiyyə dəqiqələrinin alınmasına məhdudiyyət yoxdur. Yüklənmiş dəqiqələr 30 gün ərzində istifadə oluna bilər və şəbəkədaxili zənglər üçün nəzərdə tutulub. İkincisi, bu Bakı şəhərində plastik və alüminium tullantılarının azalması və gələcəkdə şəhərin təmizliyinə ayrılan vəsaitə qənaət də deməkdir. Qəbz üzərində göstərilən məbləğ alış-veriş üçün və ya xeyriyyə məqsədlərinə ianə edilə bilər.
Azercell Telekom şirkətinin prezidenti Vahid Mürsəliyevin qeyd etdiyi kimi: “Azercell həmişə texnoloji tərəqqini dəstəkləyib, yeni texnologiyaların bəxş etdiyi rahatlığa xüsusi dəyər verib. Eyni zamanda, bir Azərbaycan şirkəti olaraq biz, ictimai cavabdehliyə və Azərbaycanın təbiətinin gələcək nəsillər üçün qorunub saxlanılmasına inanırıq, bu işdə əlimizdən gələni əsirgəmirik. Ümid edirik ki, layihə ölkədə ekoloji vəziyyətə müsbət təsir göstərəcək. Eyni zamanda da, müştərilərimizin əlavə üstünlüklər əldə etməsi çox müsbət bir haldır”.
Sosial fəaliyyət istiqamətlərinin önəmli sahələrindən biri ətraf mühitə və cəmiyyətə qayğı olan Azercell Telekom bundan öncə də özündə həm texnoloji həlləri, həm də ekoloji əhəmiyyəti birləşdirən layihələr həyata keçirmişdir. Şirkət ölkədə ilk dəfə olaraq alternativ enerji ilə çalışan, ətraf mühit üçün faydalı “yaşıl” radio baza stansiyasını quraşdırmış, həmçinin, gündəlik təbii resurs sərfini hesablamağa imkan verən “Karbon kalkulyatoru” layihəsini həyata keçirmişdir.
Fandomat cihazlarının yerləşdiyi hipermarketlər, kampaniya qaydaları və s. suallar ilə bağlı abunəçilər www.ecobox.az saytı vasitəsilə daha ətraflı məlumat əldə edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

