Əkin sahələrinin yandırılması məhsuldarlığın azalmasına səbəb olur
07.08.2018 [09:13]
Qanunvericiliyə əsasən, əkin yerini yandıran fiziki şəxslərin 400 manatdan 600 manata, vəzifəli şəxslərin 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur
Ölkəmizdə son günlər ən çox müzakirə olunan məsələlərdən biri də bəzi kənd təsərrüfatı məhsul istehsalçılarının bitki qalıqlarını, ən əsası da, taxılı biçilmiş sahələri yandırmasıdır. Qeyd edək ki, bu cür addımlar bir sıra hallarda böyük faciələrə, meşə yanğınlarına yol açır, hətta insan tələfatına belə səbəb olur. Eləcə də əkin sahələrinin yandırılması sonrakı illərdə məhsul keyfiyyətinin və kəmiyyətinin də azalmasına gətirib çıxarır. Vurğulanmalıdır ki, əkin sahələrinin yandırılması ölkə qanunvericiliyinə də ziddir. 2017-ci il dekabrın 15-də “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qanunla qadağan edilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 244-1-ci maddəyə əsasən, əkin yerini yandıran fiziki şəxslərin 400 manatdan 600 manata, vəzifəli şəxslərin 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Qanuna edilmiş dəyişikliyin əsas məqsədi isə əkinəyararlı torpaq sahələrinin, yəni əkin sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınmasıdır. Bu həm də kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə xidmət göstərəcək.
Bununla yanaşı, qeyd olunmalıdır ki, ötən il ölkəmizin ayrı-ayrı bölgələrində 18 yanğın hadisəsi nəticəsində 1098 hektar, bu ilin 7 ayında isə 19 yanğın hadisəsi nəticəsində 701 hektar meşə və çöl əraziləri yanğına məruz qalıb. Bu il yanğınlar Şabran, Oğuz, Yardımlı, Ağdaş, Lənkəran, Xaçmaz, Xızı, Ağsu, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göyçay, Masallı, Şəki və Siyəzən rayonlarında qeydə alınıb. Azərbaycanda meşə və çöl ərazilərində yanğının səbəblərinin 97 faizi insan faktoru ilə bağlıdır.
O cümlədən meşə yanğınlarının da qarşısını almaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunması gərəkdir. Yanğın təhlükəsinin qarşısını almaq üçün zəruri yerlərdə 2-3 metr enində şum aparılmalı, eləcə də meşələrin tör-töküntülərdən təmizlənməsi təmin edilməli, meşə ərazisində yerləşən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
Məsələ ilə bağlı açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da bildirib ki, əkin sahələrində məhsul toplandıqdan sonra tarlalarda qalıqların yandırılması praktikası geniş yayılıb. Yay ayında istilərlə əlaqədar bu hal ciddi fəsadlar törədir, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə, meşə təsərrüfatlarında və s. yanğınlara səbəb olur. Komitə sədri bildirib ki, bu halın qarşısını almaq üçün geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var: “Bu yaxınlarda Milli Məclisdə “Torpaq haqqında Məcəllə”yə dəyişiklik müzakirə olunacaq. Taxıl sahələrinin biçindən sonra yandırılması qəti surətdə qadağandır. Nə üçün? Çünki torpağın münbit qatı yandıqda gələcəkdə məhsul vermir. Torpaqları münbitləşdirmək üçün gübrələr, fosfor, azot verilir. Bütün bunlar torpaqların qidalandırılmasına hesablanıb. Ümumiyyətlə, torpağın yandırılması qəti şəkildə düzgün deyil. Burada başqa məsələlər də var. Məsələn, əkin sahələri yandırıldıqda o, başqa sahələrə keçir və nəticədə böyük yanğınlara səbəb olur. Bunlar aqrotexniki qaydalara da uyğun deyil. Hətta buna qarşı böyük cərimələr də nəzərdə tutulub. Bildiyiniz kimi, İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərə 500 manat, hüquqi şəxslərə isə 1000-1500 manat cərimələr nəzərdə tutulub. Hətta bəziləri bilməyərəkdən torpağı yandırır. Maarifləndirmə işləri geniş şəkildə aparılmalıdır. Onsuz da torpaq şumlananda samanın özü çürüyür və o, torpağa əlavə bir qida verir”.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli də bildirib ki, torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır: “Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır. Bir hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir. Bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə vermək lazımdır. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30 faiz azalmasına səbəb olur. Arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də sıfır torpaq becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir. Kövşənlikdə birbaşa səpinin aparılması zamanı torpaq strukturunun minimum pozulması və onun səthinin bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır ki, bu da su və külək eroziyasının qarşısını alır, torpaqda nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, torpaq mikroflorası aktivləşir. Bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə səbəb olur”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

