Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir
20.12.2018 [09:59]
Ədliyyə orqanlarının sağlam mənəviyyata, yüksək hazırlığa və peşəkarlığa malik müasir düşüncəli yeni nəsil hüquqşünaslarla möhkəmləndirilməsi məqsədilə davamlı olaraq açıq müsabiqələr keçirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda mövcud vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq, Müsabiqə Komissiyası növbəti açıq müsabiqə elan edir.
Müsabiqə üzrə vakant vəzifələr əsasən probasiya, icra və qeydiyyat xidmətlərində, habelə regional ədliyyə idarələrindədir.
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.
Müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün müraciətlərin qəbulu nazirliyin əhaliyə göstərdiyi “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.
Müsabiqədə iştirak etmək arzusunda olan hüquqşünaslar 2018-ci il dekabrın 20-dən etibarən nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya “Elektron hökumət” portalından (www.e-gov.az) qeyd olunan elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Qeydiyyata alınmış bütün namizədlərin fərdi elektron kabinetləri yaranır və onlar müraciətlərinin qəbulu ilə bağlı məlumatlandırılır. Namizəd müsabiqənin gedişi və nəticələri barədə məlumatları kütləvi informasiya vasitələri ilə yanaşı, elektron kabinetindən də əldə edir.
Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək. Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
İmtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” nazirliyin internet səhifəsində “Qulluğa qəbul” bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdiriləcək. Habelə bu sənədlər yerli ədliyyə qurumlarına müraciət edənlərə təqdim olunacaq.
Hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə nazirliyin Ədliyyə Akademiyasında ödənişsiz hazırlıq kursları təşkil olunacaq.
Test imtahanının vaxtı və yeri, habelə hazırlıq kursunun keçirilməsi barədə əlavə məlumat veriləcək.
Bütün suallarla bağlı operativ informasiyanı nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə almaq olar.
Xəbər lenti
Hamısına baxSosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35

