Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
23.01.2019 [09:56]
Azərbaycan hökuməti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşır. Tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb. Azərbaycanda qeyri-müsəlman dini icmalarına, müxtəlif dini konfessiya nümayəndələrinə daim diqqət və qayğı ilə yanaşılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yanvarın 22-də “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən regional konfransda bildirilib.
Siyəzən rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə DQİDK və rayon icra hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak ediblər.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndirərək, İslam dəyərlərinin düzgün təbliğ olunması istiqamətində rayonda həyata keçirilən işlərin nəticələrindən bəhs edib. Bildirib ki, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində və özünüdərkində mühüm əhəmiyyət daşıyır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışı zamanı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələrdən, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinin vacibliyindən danışıb.
Komitə sədri Ümummilli lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ulu öndər zəngin irsimizi, mədəniyyətimizi və adət-ənənələrimizi yaşatmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli liderin siyasətinin davamı olaraq bu gün Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını, təbliğ və təşviqini daim diqqət mərkəzində saxlayır.
Mübariz Qurbanlı dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən də danışıb. Qeyd edib ki, dini siyasiləşdirmək, ondan sui-istifadə etmək istəyənlərə, din adı altında ictimai-siyasi sabitliyi pozmağa çalışanlara, gəncləri dini radikal qruplara cəlb etməyə cəhd göstərənlərə aramızda yer olmamalıdır. Bütün cəmiyyət bu cür hallara qarşı həm ideoloji, həm siyasi, həm də hüquqi baxımdan mübarizə aparmalıdır.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Cavanşir Əfəndiyev çıxışında bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz barədə doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Konfrans işini yanvarın 23-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25

