/ / İnam Kərimov: Bütün Dövlət Aqrar İnkişaf mərkəzləri fevralın sonunadək fermer və sahibkarların xidmətində olacaq
İnam Kərimov: Bütün Dövlət Aqrar İnkişaf mərkəzləri fevralın sonunadək fermer və sahibkarların xidmətində olacaq
26.01.2019 [10:51]
Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) Prezident İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. DAİM-də Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları tərəfindən 70-ə yaxın xidmət göstərilir. Yeni qurumda “vahid pəncərə” prinsipinin tətbiqi şəffaflığın artırılmasına, fermerlərlə əlaqə mexanizminin təkmilləşməsinə müsbət təsir göstərir. Xaçmaz DAİM fəaliyyətə başlayan 5-ci mərkəzdir. Fevral ayının sonuna kimi regionlardakı bütün DAİM-lər fermer və sahibkarların xidmətində olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə yanvarın 25-də kənd təsərrüfatı naziri İnam Kərimov yeni fəaliyyətə başlayan Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanışlıq zamanı bildirib.
İnam Kərimov jurnalistlərə müsahibəsində deyib ki, Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da fəaliyyət göstərir. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunur. Əsas vəzifələri yerlərdə problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdir.
“Bildiyiniz kimi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bir sıra qurumların əsasında Aqrar Xidmətlər Agentliyi yaradıldı. Yeni yaradılan Agentliyin xidmətləri də DAİM-də fermer və sahibkarlara təqdim olunacaq. Əsas məqsəd fermerlərin yanında olmaq, dövlət xidmətlərini onlar üçün əlçatan, şəffaf etməkdən ibarətdir”, - deyə İnam Kərimov bildirib.
DAİM-in binasında Xaçmaz və ətraf rayonlardan dəvət olunan mexanizatorlara xidmət göstərilib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 113 mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəzlənib.
Nazir İnam Kərimov xidmətlə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12

