Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
20.02.2019 [10:10]
Dövlət başçısı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb
Azərbaycanda son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olunub. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Milli maraqlara əsaslanan uğurlu siyasətin həyata keçirilməsi, müasir çağırışlara uyğun yeni nəsil islahatların ardıcıl olaraq reallaşdırılması bütövlükdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirib, ölkəmiz qarşısında yeni perspektivlər açıb. Ötən zaman müddətində həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Digər tərəfdən, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər müxtəlif sahələrdə dayanıqlı inkişaf üçün etibarlı zəmin yaratmaqla yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb. 2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında rekord göstərici 3,3 dəfə olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bəhs olunan dövrdə respublikamıza 250 milyard dollar sərmayə yönəldilib, ölkəmizin sənaye potensialı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının inkişaf tempinə dair müsbət proqnozlar verirlər. Ekspertlərin qənaətincə, nüfuzlu reytinq agentliklərinin Azərbaycanın inkişafı ilə bağlı pozitiv dəyərləndirmələri ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. Bir sözlə, bu gün ölkəmizin inkişaf modeli mütərəqqi nümunə kimi səciyyələndirilir.
Bunlarla yanaşı, ötən müddət ərzində ölkəmizdə həmçinin uğurlu sosial siyasət həyata keçirilib, əhalinin sosial müdafiəsi gücləndirilib, insanların rifahı daha da yaxşılaşıb. Son 15 ildə ölkəmizdə əməkhaqları 7 dəfə, eləcə də minimum əməkhaqları 6,5 dəfə artırılıb. Ümumiyyətlə, Azərbaycan sosial dövlətdir və daxili siyasət kursunun mühüm istiqamətlərindən birini məhz sosial siyasət təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf, təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin uğurla həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanın davamlı inkişafından, iqtisadi potensialın mütəmadi surətdə genişlənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur. Bir sözlə, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı və mənafeyi dayanır.
Bütövlükdə, Azərbaycanda həyata keçirilən sosial siyasətin səciyyəvi xüsusiyyəti əhalinin bütün təbəqəsinin yüksək diqqət və qayğı ilə əhatə olunmasıdır. Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edən məqsədyönlü və sistemli tədbirlərin həyata keçirilməsi də böyük sosial əhəmiyyətə malikdir. Yeri gəlmişkən, Prezident İlham Əliyev fevralın 19-da “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanıb. Fərmanda 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir. Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.
Beləliklə, Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi. Bu, birmənalı olaraq sənədsiz binalarla bağlı inqilabi qərar kimi səciyyələndirilir. Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq, mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər. Heç şübhəsiz ki, bu, vətəndaşlara yüksək diqqət və qayğının daha bir nümunəsidir. Ekspertlərin qənaətincə, bu Fərmanın imzalanması əhalinin yaşayış səviyyəsinin daha da yüksəldilməsi istiqamətində atılan növbəti uğurlu addımdır. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasət ölkəmizin davamlı inkişafını təmin etməklə yanaşı, vətəndaşların rifah halının daha da yaxşılaşmasına xidmət edir, bütün sosial məsələlər uğurla öz həllini tapır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07

