Qubadlı ictimaiyyəti Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirib
26.02.2019 [08:37]
Dünən Qubadlı rayon ictimaiyyəti Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan ümumrayon tədbiri keçirib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı soyqırımında həyatını itirən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra soyqırımına həsr olunan videoçarx nümayiş olunub. Çıxış edən natiqlər Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum etdiyini, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, bu soyqırımı nəticəsində 613 nəfər şəhid olub, onlardan 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq olub. 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 8 ailə bütövlüklə məhv edilib, 25 azyaşlı uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti alıb, 1275 nəfər əsir və girov götürülüb, əsir düşənlərdən 150 nəfərin (o cümlədən 68 qadının və 26 uşağın) taleyi bu günədək məlum deyil. Şəxsi və dövlət əmlakına külli miqdarda maddi ziyan dəyib. Bildirilib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib və Xocalı faciəsi rəsmi soyqırımı kimi tanınıb.
Tədbirdə rayon məktəblilərinin ifasında Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

