Milli Məclisin deputatı Cavid Osmanov Ağdaş rayonunun Qaradeyin kəndində seçicilərlə görüşüb
11.03.2019 [15:58]
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov Ağdaş rayonunda seçicilərlə növbəti görüş keçirib. Rayonun Qaradeyin kəndində baş tutan görüşdə millət vəkili çıxış edərək son 15 il ərzində ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan, həyata keçirilən beynəlxalq və yerli əhəmiyyətli layihələrdən söz açıb. Bütün görülən işlərin ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində ərsəyə gəldiyini qeyd edən C.Osmanov cənab Prezidentin son vaxtlar imzaladığı Fərman və sərəncamlara da diqqət çəkib. Onun sözlərinə görə, insanlarin sosial rifahının yüksəldilməsi üçün atılan bu addımlar ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.
C.Osmanov bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. O qeyd edib ki, respublikamızda əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir: "Ölkəmizin sosial-iqtisadi cəhətdən inkişafı davamlı xarakter daşıyır. İslahatların ardıcıl olaraq həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir. Prezidentimizin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə qeyd etdiyi kimi, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bütün bunlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Respublikamızda həyata keçirilən sosial siyasət insanların sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayrılır".
Görüşdə həmçinin vurğulanıb ki, Azərbaycanın müstəqil dövlət olaraq uğurlu inkişafı anti-Azərbaycan dairələrin narahatlığına səbəb olur. Buna görə də ölkəmizə qarşı müxtəlif formalarda, xüsusilə də sosial şəbəkələrdə qarayaxma kampaniyaları aparmağa cəhd edən şəxslər var ki, onlara hər zaman tutarlı cavab verilməlidir.
Görüşdə çıxış edən kənd sakinləri qeyd ediblər ki, Prezident İlham Əliyevin gördüyü bütün işlər xalqımızın firavan yaşaması və ölkəmizin daha da çiçəklənməsi naminə həyata keçirilir. Sakinlər sabitlik, əmin-amanlıq şəraitində yaşadıqlarını və buna görə də, Prezident İlham Əliyevə minnətdar olduqlarını, ağdaşlıların hər zaman dövlət başçısına dəstək olduğunu və bundan sonra da dəstək olacaqlarını vurğulayıblar.
Xəbər lenti
Hamısına baxGündəm
09 Oktyabr 14:09
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06

