Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə təxirəsalınmaz tədbirlər görülür
09.04.2019 [09:49]
Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, habelə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.
İclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insanların rifahının yaxşılaşdırılmasına yönələn hərtərəfli sosial-iqtisadi islahatlar barədə məlumat verib, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mütərəqqi tədbirlərə toxunub. Nazir xüsusilə ötən il dövlətimizin başçısının təşəbbüsü ilə məhkəmə icraatının sadələşdirilməsi və təkmilləşdirilməsinin, o cümlədən elektron icraat mexanizminin yaradılmasının əhəmiyyətini bildirib. Azərbaycan Prezidentinin yüksək etimadı ilə aparılmış təyinatlar nəticəsində hakim vakansiyalarının əksəriyyətinin, habelə ali və apellyasiya məhkəmələrinin bütünlüklə komplektləşməsinin süründürməçilik hallarının qarşısının alınmasına, işlərə vaxtında və daha keyfiyyətlə baxılmasına xidmət etdiyi vurğulanıb.
İclasda məhkəmə islahatlarının dərinləşdirilməsi barədə proqram xarakterli Fərmanın imzalanması ilə bu sahədə islahatların keyfiyyətcə yeni mərhələyə keçdiyi bildirilib, onun məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün “yol xəritəsi” olduğu, nəzərdə tutulmuş tövsiyə və tapşırıqların dərhal icrasına başlanıldığı diqqətə çatdırılıb.
Qeyd edilib ki, əhalinin, xüsusilə ölkənin iqtisadi inkişafında mühüm rol oynayan sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmənin təşkili, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması barədə işlərin davam etdirilməsi, hakimlərin və məhkəmə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin infrastrukturu və təchizatının yaxşılaşdırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, habelə hakim ştatlarının sayının 200 vahid artırılması ilə bağlı tövsiyə və tapşırıqlar ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcək.
Məhkəmə fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və bununla bağlı məsuliyyət tədbirlərinin gücləndirilməsi barədə qarşıya qoyulan vəzifənin məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət etdiyi bildirilib. Hakimlərin fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl edilməsinin vacibliyi vurğulanıb.
Məhkəmə-Hüquq Şurasında çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev dövlətimizin başçısının həmin Fərmanının məhkəmə sistemində islahatlara vüsət verdiyini vurğulayıb, hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması, bu sahədə müvafiq mexanizmlərin işlənilməsinin xüsusi əhəmiyyətini bildirib.
İclasda hakimlərin müstəqilliyinin təmin edilməsi, onların fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə “qaynar xətt” yaradılması, hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi işinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin təmin edilməsi məqsədilə məhkəmə qərarlarının elektron dərci, işlərin elektron bölüşdürülməsi, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin olunması üzrə mütəmadi monitorinqlərin keçirilməsi barədə konkret tapşırıqlar verilib.
Bu məqsədlə Şurada informasiya və kommunikasiya texnologiyaları, habelə məhkəmə monitorinqi sektorlarının yaradılması qərara alınıb. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə müvafiq qanun layihələrinin aidiyyəti orqanlarla birgə işlənilməsi məqsədilə işçi qrupu yaradılıb, əhatəli tədbirlər planı hazırlanaraq qəbul olunub.
İclasda çıxış edənlər, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri Fərmanın qarşıda mühüm vəzifələr qoyduğunu vurğulayıb, dövlətimizin başçısına məhkəmə hakimiyyətinin inkişafına verilən mühüm önəmə görə dərin ehtiramlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

