/ / “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində Dağlıq Qarabağdan olan gənclərlə görüş keçirilib
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində Dağlıq Qarabağdan olan gənclərlə görüş keçirilib
25.04.2019 [09:37]
Aprelin 24-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvlərinin Dağlıq Qarabağdan olan gənclərlə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədr müavini və əlaqələndiricisi Asif Cahangirovun moderatoru olduğu görüş “Qondarma “erməni soyqırımı”: Əsassız iddialar və tarixi faktlar” mövzusuna həsr edilib.
İctimai Birliyin İdarə Heyətinin sədri, icma rəhbəri Tural Gəncəliyev qurumun son aylardakı fəaliyyəti ilə bağlı gənclərə məlumat verib. O qeyd edib ki, İctimai Birlik son dövrlərdə beynəlxalq istiqamətdə fəaliyyətini genişləndirib. Onun sözlərinə görə, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin beynəlxalq əlaqələrini inkişaf etdirməkdə məqsəd erməni lobbisinin dünyada apardığı yalan təbliğatının qarşısını almaqdır. Bununla bağlı beynəlxalq təşkilatların nümayəndələri və ölkəmizdə akkreditə olunmuş diplomatlarla görüşlər keçirilir, eyni zamanda, dünyanın aparıcı KİV-lərinə müsahibələr verilir.
T.Gəncəliyev vurğulayıb ki, gənclər sosial şəbəkələrdə fəal olmaqla, erməni təbliğat maşınına qarşı mübarizəyə öz töhfələrini verə bilərlər. “İndi dünyada insanların özlərinin çəkdikləri videoçarxlar, audioyazılar daha effektiv olur. Gəncləri öz ideyalarını bizimlə bölüşməyə çağırıram”, - deyə icma rəhbəri qeyd edib. O bildirib ki, öz torpaqlarından məcburi köçürülmüş insanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən sonra doğma yurdlarına geri qayıtmaq istəyirlər. Bu münaqişədə zərərçəkən olmağımıza baxmayaraq, beynəlxalq təşkilatlara ermənilərə nifrət etmədiyimizi bildirir, ermənilərlə birlikdə yaşamağa hazır olduğumuzu söyləyirik.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, gənclərlə görüşün məhz bu tarixə salınmasının məqsədi qondarma “erməni soyqırımı” məsələsinin saxta olduğunu gənclərin diqqətinə çatdırmaqdır. Professorun sözlərinə görə, tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna qarşı hücumlar təşkil edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək, əhaliyə qarşı qeyri-insani aksiyalar həyata keçiriblər.
E.Əhmədov vurğulayıb ki, XX əsrin 80-ci illərinin ikinci yarısında Sovetlər İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verib. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar. Bu dövrdə, 1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün “Soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi bürosunun iclasının gündəliyinə daxil edilib. Eyni zamanda, ermənilərin Türkiyəyə qarşı saxta iddiaları da Qərbin bəzi dairələri tərəfindən müdafiə edilirdi. Son illərdə Ermənistanın və Qərbdəki bəzi qurumların saxta “erməni soyqırımı” haqqında uydurmalarına gəldikdə isə, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, anti-Azərbaycan və anti-türk meyillərin son dövrlərdə güclənməsinin təzahürüdür. İcma sədrinin müavini qeyd edib ki, 2015-ci il martın 12-də Avropa Parlamenti “Dünyada insan haqları və demokratiya” adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar müraciət etmişdi.
Daha sonra Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən, Prezident İlham Əliyevin münaqişənin həlli istiqamətində yürütdüyü uğurlu xarici siyasətdən danışıb, gənclərə öz tövsiyələrini veriblər.
Sonra İdarə Heyətinin işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərindən bəhs edən süjet nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21

