Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib
04.06.2019 [09:49]
İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında növbəti Uşaq festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib.
Festival çərçivəsində Mərkəzin parkında uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradılıb, ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib.
Festivalda Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri də iştirak ediblər.
Festival saatlarında uşaqlar Heydər Əliyev Mərkəzinin parkında quraşdırılan müxtəlif attraksionlarda, buz meydançasında əylənib, şahmat oyununda, eləcə də bir sıra idman növlərində özlərini sınayıblar.
Azyaşlılar “face art” zonalarında üzlərini arzularına uyğun boyatdırıb, rəqs, DJ, karaoke meydançalarında maraqlı anlar yaşayıb, sirk nömrələri izləyib, animatorlarla əyləniblər. Küçə incəsənəti həvəskarları asfalt üzərində rəsmlər çəkib, avtomobilsevərlər isə ralli meydançasında maşın sürüblər.
Mərkəzin parkında heyvansevərlər də müxtəlif macəralar yaşayıblar. Onlar burada safari turuna çıxa, mini zoo və mini ferma zonalarında heyvanlarla canlı təmas qura, sualtı dünyanın möcüzələri ilə tanış ola, xidməti itlərin sərgisini izləyə biliblər. Balacalar, həmçinin “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzinin viktorinasında iştirak imkanı qazanıblar. Həmçinin arxeologiya və astronomiya ilə maraqlanan uşaqlar üçün də xüsusi meydançalar fəaliyyət göstərib.
Əyləncəli və maarifləndirici zonalar “Studyland” uşaq inkişaf mərkəzi, “Creative TK Kids” uşaq mərkəzi, “Sevimli bala” elm mərkəzi, “EkoSfera” sosial-ekoloji mərkəzi, “Megafun” əyləncə mərkəzi, “Bolşoy Prazdnik” ticarət evi, “Tusi Bohm Planitarium”un dəstəyi ilə yaradılıb. Bakı Kitab Mərkəzi və “3 alma” uşaq ədəbiyyatı nəşriyyatı isə mütaliə zonaları təşkil edib. Tədbirin keçirildiyi müddətdə Heydər Əliyev Mərkəzinin parkında musiqi proqramları təqdim olunub. Uşaqlar, həmçinin Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında müxtəlif tamaşalar izləyiblər.
Mərkəzin parkında “İnnoFest kəndi” də fəaliyyət göstərib. Bu zona Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə keçirilən “İnnovasiya Festivalı” (“İnnoFest”) çərçivəsində təşkil olunub.
“İnnoFest kəndi”ndə innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu, dron və robotlarla iş imkanı yaradan təlimlərin keçirildiyi “Robopark”, interaktiv muzey, VR oyunlar, “Baku Open Cyber Cup”, “TechFest Bakı” zonaları, əyləncə meydançası fəaliyyət göstərib.
Bayram münasibətilə uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr verilib.
Beləliklə, uşaqlar iyunun 1-də gün ərzində Heydər Əliyev Mərkəzinin parkında öz arzu və xəyallarını gerçəkləşdirmək, dostları ilə birgə səmərəli asudə vaxt keçirmək, bayramlarını birgə qeyd etmək imkanı qazanıblar.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44

