Hakimlərin Seçki Komitəsinin iclası keçirilib
24.07.2019 [09:29]
Hakimlərin Seçki Komitəsinin iclası keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, iclasda ölkəmizdə həyata keçirilən məhkəmə islahatları çərçivəsində məhkəmə sisteminin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsi üzrə ardıcıl tədbirlərin görüldüyü qeyd olunub.
Hakimliyə namizədlərin Avropada müəyyən edilmiş ən mütərəqqi və şəffaf qaydalarla seçimi nəticəsində 3400-dən çox namizəd sırasından 415 nəfər yüksək hazırlıqlı hüquqşünasın seçilərək uzunmüddətli təlimlər, məhkəmələrdə, habelə xarici dövlətlərdə təcrübə keçdikdən sonra hakim vəzifələrinə təyin edilib. Ötən il bu qaydalarla seçilmiş 108 nəfər hakimliyə namizədin təyinatı nəticəsində isə məhkəmə sistemində mövcud vakansiyaların tam əksəriyyəti komplektləşib, hakim korpusunun 70 faizini mütərəqqi qaydalarla seçilmiş gənc nəsil hakimlər təşkil edib.
Hakimlərin hədsiz yüksək olan iş yükünün azaldılması, süründürməçilik hallarının qarşısının alınması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə hakim ştatlarının sayı 200 vahid artırılıb, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.
Bununla əlaqədar hakimliyə namizədlərin seçimində çevikliyin artırılması, habelə namizədlər üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi Qaydalarına bu ərəfədə müvafiq dəyişikliklər edilib.
Komitənin iclasında hakimlərin seçimi üzrə yeni müsabiqənin elan edilməsinə dair təşkilati məsələlər müzakirə olunub.
İclasda çıxış edən Dövlət İmtahan Mərkəzinin məsul nümayəndəsi test imtahanının müasir üsullarla, hər bir namizəd üçün fərdi kompüterlər vasitəsilə keçirilməsinin, onun nəticələrinə dair məlumatın dərhal əldə edilməsinin mümkünlüyünü vurğulayıb. O, artıq bir çox imtahanların bu qaydada keçirildiyini və 200-250 nəfərlik qruplarla belə imtahanların təşkili üçün hər cür şəraitin olduğunu bildirib.
Komitədə bu təcrübənin imtahanların mütəmadi və çevik keçirilməsində əhəmiyyəti qeyd edilib, hakimliyə namizədlərlə test imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən bu üsulla keçirilməsi təqdirəlayiq bilinib və növbəti müsabiqənin elan olunması qərara alınıb.
Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədləri 2019-cu il 25 iyul tarixdən qəbul ediləcək (Ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə). Namizədlər üçün əlverişli şəraitin yaradılması məqsədilə sənədlər, həmçinin Komitənin elektron poçt ünvanı vasitəsilə (hsk@jlc.gov.az) elektron qaydada da təqdim oluna bilər.
Elektron ərizə forması, habelə tələb olunan sənədlərin siyahısı, imtahanların keçirilməsi tarixi, yeri, qaydası və digər aidiyyəti məsələlər barədə məlumatlar www.jlc.gov.az saytında mütəmadi dərc ediləcək. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-19-07.
Xəbər lenti
Hamısına baxDünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01

