Dövlət İmtahan Mərkəzi IAEA 2019-un işıqlandırılması üçün AZƏRTAC-ı rəsmi media tərəfdaşı seçib
06.09.2019 [08:49]
Dövlət İmtahan Mərkəzi (DİM) Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının (IAEA 2019) yerli və xarici mediada geniş işıqlandırılması üçün Azərbaycan Dövlət İnformasiya Agentliyini (AZƏRTAC) rəsmi media tərəfdaşı seçib.
Bununla bağlı iki qurum arasında imzalanmış sazişə əsasən, AZƏRTAC IAEA 2019 çərçivəsində sentyabrın 22-dən 27-dək Bakıda keçiriləcək bütün tədbirləri işıqlandıracaq səlahiyyətli informasiya agentliyidir. O, konfransın açılış və bağlanış mərasimləri barədə reportaj və informasiyaların, həmçinin digər tədbirlərdən xəbərlərin Azərbaycan, rus və ingilis dillərində yayılmasını, foto və videomateriallar hazırlanmasını təmin edəcək.
Konfransda AZƏRTAC üçün xüsusi yer ayrılacaq, çəkilişlər üç videokamera vasitəsilə aparılacaq. Materiallar həm DİM-in rəsmi saytında və sosial şəbəkədəki səhifələrində, həm də AZƏRTAC-ın elektron resursları vasitəsilə yayılacaq.
Sazişi Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə heyətinin sədri Aslan Aslanov imzalayıblar.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi sentyabrın 22-dən 27-dək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransını təşkil edəcək. Dövlət İmtahan Mərkəzinin fəaliyyəti və beynəlxalq çağırışlara əsasən, IAEA-nın 45-ci illik konfransı “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həllər” mövzusuna həsr olunacaq. Konfransda xarici ekspertlərlə yanaşı, qiymətləndirmə üzrə 20-dən çox yerli ekspert də çıxış edəcək.
IAEA ümumi və ali təhsil müəssisələrində və iş yerlərində qiymətləndirməni həyata keçirən qurumlar üçün yaradılmış qlobal forumdur. Assosiasiyanın üzvləri dünya üzrə 50-dən çox ölkəni təmsil edən təhsil müəssisələri, tədqiqat mərkəzləri və müvafiq dövlət qurumlarından ibarətdir. IAEA təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə hər il üzv ölkələrin birində beynəlxalq konfrans təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30

