Arxayınlıq və laqeydlik COVID-19 infeksiyasına yoluxma sayının artmasına səbəb olur
20.10.2020 [09:40]
Ekspertlərin qeyd etdiyi kimi, koronavirusla mübarizənin səmərəliliyi hər kəsin müəyyən olunmuş qaydalara ciddi riayət etməsindən asılıdır
Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar dünya ölkələrində vəziyyət pisləşib, bəzi ölkələrdə epidemioloji durum nəzarətdən çıxıb. Qeyd edilməlidir ki, son günlər Azərbaycanda da COVID-19-a yoluxanların sayında artım müşahidə edilir. Vəziyyətin dəyişməsinin nəticəsidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 oktyabr 2020-ci il tarixli qərarları ilə ölkə ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək bütün təhsil müəssisələrində tədris, habelə Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Vurğulanmalıdır ki, ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin dəyişməsinin əsas səbəblərindən biri vətəndaşlarda arxayınlığın və laqeydliyin yaranması, xüsusi karantin rejiminin qaydalarına yetərincə riayət olunmamasıdır. Bu faktorlar əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsinə gətirib çıxarıb. Vəziyyətin yenidən stabilləşməsi üçün hər kəs xüsusi karantin rejiminin qaydalarına əməl etməli, dövlətin sanitar-epidemioloji vəziyyətin sabitləşdirilməsi istiqamətində ardıcıl tədbirlərinə dəstək verməlidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, son günlər bir sıra xarici ölkələrdə, o cümlədən Azərbaycanda da koronavirus infeksiyasına yoluxanların sayı artmaqdadır. Virusun yayılmasının qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə müvafiq olaraq ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurətinin yarandığını diqqətə çatdıran Ə.Əmiraslanov bildirib ki, hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər səmərəli olması ilə nəticələnər. Komitə sədrinin sözlərinə görə, tətbiq olunan məhdudiyyətlərə əməl etmək lazımdır. Bununla bağlı açıqlanmış məlumatları hər kəs oxumalıdır. Bu məhdudiyyətlərin tətbiqi, yalnız əhalimizi qorumaq üçündür: “Təhlükənin öhdəsindən həm özümüz qaydalara əməl etməklə, həm də qaydaları pozanlara qarşı etiraz etməklə gələ bilərik. Tətbiq olunan qaydalar milli təhlükəsizlik, milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimum dərəcədə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Dövlətimiz uşaqlarımızın, gənclərimizin qorunması məqsədilə xüsusi tədbirlərin tərkib hissəsi kimi bütün təhsil müəssisələrində tədrisi müvəqqəti dayandırmışdır. Düşünürəm ki, bu, çox düzgün qərardır. Digər tərəfdən, özümüzü qorumalıyıq ki, döyüş cəbhəsindən zəfər müjdəsi ilə dönən balalarımıza məsafəsiz sarıla bilək. Bunun üçün hamılıqla həmrəy olmalıyıq”.
Milli Məclisin deputatı Afət Həsənova da koronavirusla əlaqədar dünya ölkələrində vəziyyətin yenidən pisləşdiyini və bəzi ölkələrdə nəzarətdən çıxaraq ciddi təhlükəyə çevrildiyini deyib. Millət vəkili bildirib ki, Azərbaycan da dünyanın bir parçası kimi virusun təsirinə məruz qalmaqdadır. “Ölkəmizdə COVID-19-a yoluxma sayı artmaqdadır. Bu rəqəmlər hər birimiz üçün ciddi bir siqnal olmalıdır. Virusun yoluxma sayının artmasının qarşısının alınmasında hər bir vətəndaş mütləq şəkildə üzərinə düşən məsuliyyəti dərk etməli və qaydalara ciddi riayət etməlidir. Xüsusilə, biz bu gün həssas, eyni zamanda, qələbə dolu, sevincli günlərdə virusun artmasının ordumuzun qələbələrinə təsir etməsinə heç cür imkan verə bilmərik. Belə bir dönəmdə virusun kəskin yayılması ikinci cəbhənin açılması, həkimlərimizin yükünün xeyli artması deməkdir”.
“Biz ordumuza dəstək olduğumuz, qələbə uğrunda birlik nümayiş etdirdiyimiz kimi, koronavirusla mübarizə də həmrəylik göstərməliyik ki, qələbələrimiz davamlı olsun və işğal altında olan torpaqlarımız tam azad olunsun”, - deyə millət vəkili əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25

