Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / TDƏŞ-in baş katibinin müavini: Tarixi irsimizin bərpası ilə bağlı Azərbaycanla birgə addımlar atmaq niyyətindəyik

TDƏŞ-in baş katibinin müavini: Tarixi irsimizin bərpası ilə bağlı Azərbaycanla birgə addımlar atmaq niyyətindəyik

19.01.2021 [09:28]

Türk Şurası hər zaman beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bununla əlaqədar müvafiq qətnamələr, qərarlar də qəbul edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ermənistan tərəfindən yerlə-yeksan edilən Ağdam şəhərinin dağıntıları ilə tanış olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibinin müavini Qismət Gözəlov deyib.
O bildirib ki, TDƏŞ hər zaman beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “İkinci Qarabağ müharibəsində də Türk Şurası Azərbaycan xalqının, dövlətinin yanında olub. Baş katibin Gəncəyə də səfəri olmuşdu. O zaman da Baş katib Gəncədə ermənilərin törətdiyi vəhşiliklə bağlı bəyanat vermişdi. Müharibədən sonra buraya gəlməkdə məqsədimiz odur ki, erməni vəhşiliyini bir daha bütün dünyaya göstərək. Tarixi irsimizin bərpası ilə bağlı Azərbaycanla birgə müvafiq addımlar atmaq niyyətindəyik. Həmçinin işğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı, investisiyaların təşviqi, mədəni abidələrimizin bərpası ilə əlaqədar işlər görmək istəyirik”.

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31