/ / Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə həm dövlət, həm də cəmiyyət tərəfindən yüksək diqqət və qayğı göstərilir
Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə həm dövlət, həm də cəmiyyət tərəfindən yüksək diqqət və qayğı göstərilir
23.04.2021 [08:23]
Azərbaycanda ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həyatlarını itirən şəhidlərin xatirəsi əziz tutulur, qazilərə böyük ehtiram göstərilir. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması istiqamətində geniş dövlət dəstəyi mexanizmləri formalaşıb. Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında bu sahədə aparılan dövlət siyasətindən ətraflı bəhs edərək vurğulayıb: “Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır”.
Azərbaycanı fərqləndirən cəhət həm də ondan ibarətdir ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması, həmçinin ölkəmizin vətəndaş cəmiyyəti tərəfindən diqqət mərkəzində saxlanılır. Deyilənlər baxımından Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun fəaliyyəti təqdirəlayiqdir. Ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar “YAŞAT” Fonduna könüllü ianələr köçürməklə şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik göstərirlər. İndiyədək fondun əməkdaşları tərəfindən 14280 şəhid ailəsi və müharibə əlili ziyarət olunub. Fondda qeydə alınan yaralıların sayı 2775-ə çatıb. Qurum 5818 şəxsi öz himayəsinə götürüb. Fəaliyyətini tam şəffaflıq və hesabatlılıq prinsipi ilə quran “YAŞAT” Fondu müxtəlif layihələr həyata keçirir. Elə bu günlərdə daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə yola salınıb. Xatırladaq ki, fond tərəfindən bundan öncə 51 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi.
Ümumiyyətlə, respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə həm dövlət, həm də cəmiyyət tərəfindən göstərilən diqqət və qayğı davamlı səciyyə daşıyır. Prezident İlham Əliyevin son bir neçə ay ərzində imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup müharibə əlillərinin təqaüdü isə 300 manata qədər artırılıb. Eləcə də Milli Qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı”na Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub. Yeni təqaüdün məbləği 2000 manat həcmində müəyyənləşdirilib. Təqaüdlərin artırılması 100 minədək insana şamil edilir. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi iştirakçıları və ya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir neçə ayda görülmüş işlər 7 min şəxsi əhatə edir.
Ölkəmizdə, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Son 17 il ərzində 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il bəhs edilən kateqoriyadan olan ailələrə və əlillərə 1572 mənzil verilib, bu il isə onlara daha 3 minə yaxın mənzil təqdim olunacaq. Bunlarla yanaşı, ölkəmizdə Vətən müharibəsi qazilərinin müalicəsi və yüksəktexnologiyalı müasir protezlərlə təminatı da diqqət mərkəzində saxlanılır. Məqsəd müharibədə sağlamlıqlarını itirən gənclərin normal həyata ayıtmalarını təmin etməkdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39

