“Şanlı Zəfər yolumuz” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
20.05.2021 [09:32]
Mayın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə gənc yazarlar və jurnalistlər arasında keçirilən “Şanlı Zəfər yolumuz” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Yazı müsabiqəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, qalibləri təbrik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitə tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə yazı müsabiqələrinin təşkilinin artıq ənənə halını aldığını bildirib.
Xalq və dövlət olaraq ən böyük uğurumuzun 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər olduğunu söyləyən komitə sədri deyib: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad edilməsi idi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 30 ilə yaxın əsarət altında qalan torpaqlarımızı düşmən işğalından azad etdi. Böyük Zəfərimizin bünövrəsində Ulu Öndərin ideyaları və tövsiyələri dayanır”.
B.Muradova bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzdi və ərazi bütövlüyünü bərpa etdi. Böyük Zəfərin qazanılmasında əsgər və zabitlərimizin rolunu yüksək qiymətləndirən komitə sədri diqqətə çatdırıb ki, Vətən üçün canından keçən qəhrəman oğulların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayan komitə sədri deyib ki, Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Azərbaycan bundan sonra da inkişaf edəcək və daha da güclənəcək.
Müsabiqədə 3-cü yerin sahibi, Vətən müharibəsi şəhidi Oqtay Səfərovun bacısı Günel Səfərova və anası Zülfiyyə Səfərova çıxış edərək, müsabiqənin təşkilinə görə minnətdarlıqlarını bildirib, qəhrəman Vətən oğullarının xatirəsinə ehtiramlarını ifadə ediblər.
Müsabiqəyə ümumilikdə 75 yazı təqdim olunub. Müsabiqənin qalibi adını İkinci Qarabağ müharibəsinin Zərdab rayonundan olan iştirakçısı, “Cəsur döyüşçü” medalının sahibi, qazi Hüseyn Kərimov qazanıb. İkinci yeri müstəqil jurnalist Xavər Abbasova (İsmayıllı) tutub.
Müsabiqənin iki iştirakçısı isə həvəsləndirici mükafata layiq görülüb.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25

