Bu il İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 ili tamam olur
11.09.2021 [10:09]
Cəlal Allahverdiyev: İrəvan Müəllimlər Seminariyası xalqımızın maarifpərvər kadrlarının hazırlanmasında misilsiz rol oynayan təhsil ocaqlarından biri olub
“Elə tarixi səhvlər var ki, sonrakı nəsil onun ağrı-acısını illərlə, hətta yüz illərlə çəkir. Azərbaycanın milli, dini, mədəni və ədəbi mərkəzlərindən olan İrəvan şəhərinin ötən əsrin əvvəlində bədnam qonşularımıza güzəştə gedilməsi də Qərbi Azərbaycan türklərinin sonrakı faciələrinin, o cümlədən dədə-baba yurdlarından didərgin salınmasının əsas səbəblərindən olub. Bununla da təkcə soydaşlarımızın məcburi köçünün əsası qoyulmadı, həmçinin əsrlərlə formalaşma dövrü keçmiş tarixi və milli-mədəni mərkəzlərimizdən biri olan İrəvandan tamamilə məhrum olunmağımıza gətirib çıxardı”.
Bu fikirləri qəzetimizə açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev deyib.
Araşdırmaçı-alimin sözlərinə görə, təxminən 200 il əvvəl Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildikdən sonra çar hakimiyyətinin İrəvanda yeni üsul-idarəsinin tətbiqi ilə yanaşı, gec də olsa, ölkədə təhsil sahəsində həyata keçirilən bəzi islahatlar Cənubi Qafqazın mühüm ticari və mədəni mərkəzlərindən hesab olunan İrəvan şəhərinə də gəlib çatdı: “Onu xüsusi olaraq qeyd edim ki, hələ XIX əsrin 70-ci illərinə kimi Cənubi Qafqazda soydaşlarımız üçün dünyəvi fənləri tədris edən və ya bu fənlərdən dərs keçmək üçün pedaqoji kadrlar hazırlayan bir təhsil ocağı yox idi. Azərbaycanın digər bölgələrində olduğu kimi, İrəvanda da dünyəvi məktəblər açılana qədər təlim müəssisəsi kimi məscidlərin nəzdində mollaxana və mədrəsələr fəaliyyət göstərib. Regionda baş verən siyasi proseslər bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yeni meyillərin yaranmasına səbəb oldu. Artıq köhnə tipli məktəblər tənəzzülə uğrayaraq yerini dünyəvi təhsil ocaqlarına verməyə məcbur olurdu”.
C.Allahverdiyev deyib ki, Cənubi Qafqazda başlanan bu maarifçilik hərəkatına İrəvanda da onlarla tərəqqipərvər azərbaycanlı ziyalı qoşularaq Azərbaycan gənclərinin təhsilə cəlb edilməsi uğrunda mübarizəyə qalxıb: “Bu mübarizənin nəticəsində xalqımızın maariflənməsində və yüzlərlə ziyalının yetişməsində mühüm rol oynayan bir sıra dünyəvi məktəblər və təhsil müəssisələri açılıb. 1881-ci il noyabrın 8-də açılmış İrəvan Müəllimlər Seminariyası xalqımızın maarifpərvər kadrlarının hazırlanmasında misilsiz rol oynayan təhsil ocaqlarından biri olub. Seminariya Azərbaycan təhsil tarixinin şərəfli bir səhifəsini təşkil edir. Belə ki, xalqımızın bir sıra görkəmli şəxsiyyətləri, ictimai-siyasi, elm, maarif və mədəniyyət xadimləri bu seminariyanın məzunları olub. Həbib bəy Səlimov, Əkbər ağa Şeyxülislamov, Rəşid bəy İsmayılov, Mirzə Cabbar Məmmədzadə, İbadullah bəy Muğanlinski, Fərəməz bəy Mahmudbəyov, Haşım bəy Vəzirov, İbrahim Səfi, Həsən bəy Qazıyev, Tağı bəy Səfiyev və bir çox digər ziyalılar İrəvan Müəllimlər Seminariyasında təhsil alıblar”.
Araşdırmaçı-alim onu da xüsusi vurğulayıb ki, bu il İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 ili tamam olur: “Müstəqillikdən əvvəl Azərbaycanın tarixi, mədəni mərkəzlərindən olan İrəvanda maarifçilik ənənələrinin əsasını qoyan, soydaşlarımızın təhsil almasında əvəzsiz xidmətləri olan bu qocaman maarif ocağının yubileyinin və həmin əlamətdar tarixlə bağlı müvafiq tədbirlərin keçirilməsi həm təhsil tariximizin öyrənilməsi, həm də tarixi torpağımız İrəvanın hansı mühüm rola malik olduğunu gənc nəsillərə çatdırılması baxımından əhəmiyyətli olacağını düşünürəm”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

