Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda koronavirus əleyhinə 4-cü doza vaksin də vurulacaq - RƏSMİ

Azərbaycanda koronavirus əleyhinə 4-cü doza vaksin də vurulacaq - RƏSMİ

28.10.2021 [16:06]

“Buster” dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər.

Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda deyilir: "Hazırda ilkin vaksinasiyadan 6 ay sonra “buster” və ya “revaksinasiya” mümkündür. COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün “buster” dozanın (3-cü doza) vurulması tövsiyə olunur. “Buster” dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər".

Qeyd olunub ki, vətəndaş randevu.its.gov.az saytı üzərindən 3-cü doza üçün növbə götürəndə avtomatik olaraq 4-cü dozanın qəbulu tarixi qeyd olunur: "Yəni, bu qayda peyvənd üçün ilk növbə götürmə prosesindəkinə oxşardır. Həmin vaxt da ikinci dozanın vurulma tarixi vətəndaşa ekranda göstərilir, yaxud da mobil nömrəsinə göndərilən sms-də bildirilir. Odur ki, 4-cü doza üçün əlavə növbə götürməyə ehtiyac yoxdur. Əgər həkim məsləhəti varsa, vətəndaş 4-cü doza üçün məntəqəyə yaxınlaşa bilər. Yoxdursa, 3-cü doza ilə kifayətlənir”.

Paylaş:
Baxılıb: 779 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31