“Mediasiya” cəmiyyətə nə verəcək?
02.11.2021 [10:11]
Mediasiya nədir? Dünyada kifayət qədər aktual olan bu söz Azərbaycan üçün hələ yenilikdir. Tərəflər arasındakı münaqişənin azaldılması üçün danışıqlar prosesi olan mediasiyanın cəmiyyətdə qarşımıza çıxan problemlərin həllində, münaqişələrin yoluna qoyulmasında və gərginliyin azaldılmasında çox böyük rolu ola bilər.
Bu baxımdan Azərbaycanda inzibati qanunvericilikdə şikayət mexanizmləri və mediasiyanın tətbiq imkanlarını KİV nümayəndələrinə dolğun şəkildə çatdırmaq üçün Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə jurnalistlər üçün “İnzibati qanunvericilikdə şikayət mexanizmlərinin tətbiqi və mediasiya” mövzusunda təlimin keçirilməsini təqdir etmək olar.
Təlimdə məruzəçi qismində Mediasiya Şurasının İxtisas Komissiyasının sədri, mediator, vəkil Qasım Şaliyev çıxış edib. Məruzəçi inzibati icraatda əsas anlayışlar, prinsiplər, inzibati orqanların hərəkət və hərəkətsizliyi, inzibati aktlar barədə danışıb.
Q.Şaliyev jurnalistləri inzibati orqanların inzibati aktlarından və ya hərəkətsizliyindən şikayət mexanizmləri, yuxarı inzibati orqanlara, məhkəməyə müraciət, mediasiyada əsas anlayışlar, prinsiplər, mediasiyanın səmərəliliyi, faydaları, mediasiya prosesi, Azərbaycanda mediasiyanın tətbiqi və ilkin mediasiya sessiyası, inzibati icraatda mediasiya barədə məlumatlandırıb.
Vətəndaşın pulu cibində qalır, zamanı itmir
O, bildirib ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda ailə, nikah, iqtisadi mübahisələr və əmək münasibətlərindən irəli gələn mübahisələrdə tərəflərin məhkəmədən öncə mütləq şəkildə ilkin mediasiya seansında iştirak etməli olduqları nəzərdə tutulub. Yalnız həmin seansda iştirakın nəticələrindən sonra məhkəməyə müraciət edilə bilər. Onun sözlərinə görə, bu cür seansların tətbiqi Azərbaycan hüququ sistemində mübahisələrin alternativ həll yollarından biri kimi böyük rezonansa səbəb olacaq: “Cəmiyyətdə bu barədə təbliğat və təşviqatın aparılmasına, bu qəbildən olan verilişlərin sayının çoxalmasına, eləcə də insanlar arasında mediasiya prosesinin əhəmiyyəti və onun müsbət tərəflərinin tam anlaşılan olmasına ehtiyac var. Nəticədə, xarici ölkələrdə olduğu kimi, mediasiyaya gələn işlərin 90 faizi barışıqla həll olunacaq. Bu da kifayət qədər böyük bir göstəricidir. Hətta vəkillər arasında da sual yaranır ki, mediasiya bizə nə verəcək? Mediasiya istər sıravi vətəndaşların, istərsə də iş adamlarının xeyrinə olan bir prosesdir. Adətən məhkəmə prosesləri aylarla uzana bilir. Bu da vətəndaşın pul və zaman itkisi deməkdir. Bu seanslar isə hər iki itkinin qarşısını alır.
“Mediasiyanın məhkəmə işlərindən fərqi odur ki, burada tərəflər adi həyatda olduğu kimi, danışıqlar aparırlar. Burada isə mediatorun üzərinə böyük məsuliyyət düşür. O, özünün həyat təcrübəsi və hüquqi bilikləri ilə tərəflərin barışığa gəlmələrinə köməklik göstərməlidir. Mediator səbirli və qərəzsiz olmalıdır. Məxfilik prinsipi gözlənilməlidir. Tərəflər razılığa gələrlərsə, münaqişə böyük faizlə müsbət həllini tapacaq. Bir sözlə, burada mütləq qalib yoxdur, hər iki tərəf qalibdir. Qərarı üçüncü bir şəxs deyil, tərəflər özləri verirlər. Nəticədə barışıq imzalayırlar”, - deyə vəkil vurğulayıb.
Kimlər mediator ola bilər?
Q.Şaliyev qeyd edib ki, ali təhsilli, ən azı 3 il iş təcrübəsi olan, ilkin mediator təlimi keçmiş istənilən şəxslər mediator ola bilərlər. Mediasiya Şurası tərəfindən müvafiq qeydiyyat aparıldıqdan sonra şəxs mediatorluq fəaliyyəti ilə məşğul ola bilər. Vəkillər arasında bu prosesə şübhəli baxanlarla yanaşı, mediator olmaq istəyənlər də az deyil: “Azərbaycan cəmiyyətinə bu proses heç də yad deyil. Bizim el adətimizə görə, ağsaqqallara və ya bir başbilənə müraciət etmək anlayışı həmişə olub.Yəni bu, mental xüsusiyyətlərə xas bir prosesdir. Ona görə də, Azərbaycanda mediasiya fəaliyyətinin uğurlu nəticələr verəcəyinə inanıram”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

