Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Fərqli Omikron...

Fərqli Omikron...

12.01.2022 [10:29]

Virusa nə qədər yaxınıq?

Günel Qabilqızı

Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni “Omikron” variantı bütündünyada olduğu kimi ölkəmizdə də ciddi narahatlığa səbəb olur. Azərbaycanda yeni virus növünə yoluxma faktlarının aşkarlanması bu narahatlığı bir az da artırıb. Yanvarın 10-da məsələ ilə bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılarkən ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K “Omikron” variantı aşkarlanıb.

Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştammdan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

Bəs bu tədbirlərlə yanaşı daha nələr etməliyik. Həkim-infeksionist Vüqar Cavadzadə “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, omikronun yoluxuculuğu digər viruslardan 4 dəfə artıq olsa da, ölüm halı yüksək deyil.

Həkimin sözlərinə görə, son zamanlarda uşaqlar arasında yayılan xəstəliyin omikron olması ilə bağlı məlumatlar yanlışdır: “Bu, mövsümi olaraq qış aylarında müşahidə edilən qrip virusudur. Qrip virusu bilirik ki, qış və yaz aylarında həmişə müşahidə edilir. Omikron variantının törətdiyi xəstəliyin əlamətləri ilə qripin əlamətləri oxşar olduğu üçün kliniki cəhətdən ayrılması çox çətindir. Yalnız lab?r?tor müayinə əsasında aparılır. Ancaq onu qeyd edim ki, qripin əlamətləri daha qısa, omikronda bir neçə gün artıq davam edir. Sonrakı mərhələdə temperaturun yüksəlməsi, saturasiyanın aşağı düşməsi COVID-19 infeksiyasından şübhələnməyə əsas verir. Omikron da koronavirusun bir ştammıdır. Ağciyərlərdə pnevmaniya yaratma təhlükəsi var və bu, müşahidə edilməkdədir.

Həkim-infeksionist Mərdan Əliyev vurğulayıb ki, son çalışmalar omikron variantının tənəffüs yolunda deltadan 70 dəfə sürətli, ağciyər toxumasında isə orijinal Vuhan ştammından 10 dəfə yavaş artıb çoxaldığını göstərir: “Bu da omikronun niyə sürətli yayıldığını, ağır xəstəlik törətmə qabiliyyətinin isə az olduğunu izah edir. Omikronun sürətli yayılması onu göstərir ki, adi maskalar bizi ondan qorumayacaq. Gərək iki tibbi maskadan istifadə edək”.

Həkim-infeksionist Nicat Əzimlinin sözlərinə görə, omikron variantı digər variantlardan bir neçə xüsusiyyətinə görə fərqlənir: “Bunlardan əsas olanları, yüksək yoluxuculuq xüsusiyyəti, spesifik immunitetdən yayınma və klinik gedişatdakı fərqlərdir. Belə ki, bu variantın törətdiyi COVID-19 infeksiyasından, delta variantından fərqli olaraq virusun ağciyərlərdə çoxalması 10 dəfə az, yuxarı tənəffüs yollarında isə 70 dəfə daha çoxdur. Nəticə olaraq burada xəstəliyin ağır gedişatı daha az, yoluxma halları isə daha çox rast gəlinir. Elə bizi narahat edən məqam da budur ki, omikron aşkarlandığı ölkələrdə ağır xəstəlik halları çox olmasa da, yoluxmalar kəskin şəkildə artdığı üçün səhiyyə sistemi yüklənə bilər. Bu isə bir çox ehtiyacı olan xəstənin xəstəxana baxımından məhrum olmasına gətirib çıxara bilər”.

N.Əzimli qeyd edib ki, “Deltacron” Kiprdə bir neçə həkimdən ibarət tədqiqat qrupu belə bir adda delta və omikron variantlarının birləşməsindən yaranan yeni variantla bağlı çıxış etmişdilər: “Lakin “Deltacron” deyə bir variant qətiyyən yoxdur. Eyni anda delta və omikron variantına yoluxma halları isə rast gəlinəndir. Lakin bu o demək deyil ki, iki virus molekulyar səviyyədə mutasiya keçirərək birləşib. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən son günlərdə bu məsələ ilə bağlı açıqlama verildi və bu məsələ sərt şəkildə tənqid olundu. Hətta bildirildi ki, əsassız iddialar üzərindən yeni adlar fikirləşməkdənsə kasıb ölkələrdə vaksinasiyaya əlçatanlığın təmin olunmasına dəstək olun. Göründüyü kimi, bəzən müxtəlif mənbələrdən belə yanlış informasiyalar çıxır, lakin mütləq rəsmi məlumatlar gözlənilməlidir. Əks halda, bu əhali arasında lazımsız təşvişə səbəb ola bilər”.

 

 

Paylaş
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31