Təhsildəki boşluqlar
28.04.2022 [10:41]
Abituriyent hazırlığı: sistemdən qaynaqlanan problemlər, psixoloji məqamlar
Nicat PAŞA
Ötən saylarımızın birində baza təhsili - ibtidai təhsillə bağlı mövcud boşluqlar və problemlər barədə araşdırma yazısı dərc etmişdik. Bugünkü buraxılışımızda isə yuxarı siniflərdə, abituriyent hazırlığı dövründə yaranan psixoloji problemləri, sistemdə olan boşluqları araşdırmağa, məsələnin həlli yollarını tapmağa çalışdıq.
Ali məktəbə hazırlaşan potensial tələbələr bir çox halda ciddi psixoloji sarsıntı keçirir, hətta travma alırlar. Bu isə nəticədə sualların cavabsız qalmasına, ən yaxşı halda yanlış cavablandırılmasına gətirib çıxarır. Abituriyentlər əsasən dərs yükünün ağır olmasından, vaxtın yetməməsindən şikayətlənirlər.
Digər bir mövzu isə düzgün ixtisas seçimidir. Heç də hər kəs istədiyi ixtisasa yiyələnə bilmir. Və ya valideynin ciddi təsiri altında qərarını dəyişməyə məcbur qalır. Bəs bütün bunların əsasında nə dayanır? Problemin çıxış yolu nədədir?
Təhsil eksperti Kamran Əsədov bildirib ki, postsovet ölkələrinin əksəriyyətində təhsil sisteminin durumu acınacaqlıdır. Mütəxəssis deyir ki, bunun səbəbləri çoxdur: “SSRİ adlanan nəhəng bir imperiyanın dağılması və nəticədə vahid sovet təhsil sisteminin süquta uğraması ilk amildir. Sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna şübhə yox idi. Lakin bu da bir həqiqətdir ki, postsovet məkanında təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini yalnız mövcud zəmində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir”.
Ekspertin qənaətinə əsasən, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repetitorlara müraciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz: “Əslində, təhsildə kütləvi şəkildə repetitorluq modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə qəbul olunurdular. Şagirdin vaxt?ı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər”.
K.Əsədov daha bir maraqlı məqama toxunub. Onun sözlərinə görə, təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına - hazırlığa getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər: “Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət etsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin. Son vaxtlar abituriyentlərin repetitorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır. Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər. Valideyn isə iki repetitora 200 manat verməkdənsə, 5 fəndən hazırlıq üçün kursa göndərir, iki repetitora verdiyi xidmət haqqını ödəyir”.
Ekspert deyir ki, son dövrlədə qəbul imtahanlarında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müracət etməli olurlar: “Bildiyimiz kimi, şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedirlər. Bunun nəticəsində şagirdlər elmi biliklərə birtərəfli qaydada yiyələnirlər. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər”.
Təhsil məsələləri üzrə mütəxəssis hesab edir ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı: “Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi və Sosial Müdafiə Nazirliyinin mövcud olacağı bir komissiya yaradıb orada təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir. Bu gün taksi fəaliyyəti göstərmək üçün uyğunluq sertifikatı verilir. Yalnız sənədləri qaydasında olanlara bu icazə verilir. Düşünürəm ki, bunu repetitorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazımdır”.
Ekspert xatırladıb ki, repetitorluğu açıq-aşkar biznesə çevirmək halları da istisna deyil: “Ümumilikdə, repetitorluq ta qədim zamanlardan mövcud olub, maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb. Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əməkhaqqı alan alim və müəllimlərimizin əsas gəlir mənbəyinə çevrilib. Repetitorluğu açıq-aşkar biznesə çevirmək halları istisna deyil. Ancaq bu gün repetitorların, bəlkə də, əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir”.
Məsələnin psixoloji aspektləri barədə qəzetimizə danışan psixoloq Gülşən Rüstəmova deyir ki, hazırda ixtisas seçimi ilə bağlı doğru bildiyimiz yanlışlar mövcuddur. Psixoloqun qənaətinə görə, hər nə qədər mütəxəssislər məsələyə cəlb olunsalar da, bu iş çox zəif irəliləyir: “Çünki buna təsir edən bəzi amillər var. Bugünkü təhsil sisteminin başlıca vəzifəsi bilik və bacarıqlarla gəncləri təmin etməkdir. Amma sistemin yükü hazırkı tələblərə uyğundurmu? Məncə, uyğun deyil. 10-15 il öncə övladlarımıza, tələbələrimizə daha ətraflı biliklər verməyə çalışırdıq. Biliklərin də hərtərəfli olması, sanki, həmin gəncin gələcəyini sığorta altına alırdı. Bu gün istədiyimiz hər hansı bir informasiyanı hər an, hər saniyə əlimizdə olan texnoloji avadanlıqların köməyi ilə ala bilərik”.
“Baza təhsilini araşdırmaq lazımdır. Düşünürəm ki, dövlət bu işə mütəxəssisləri, xüsusilə də psixoloqları cəlb etsə, bugünkü tələblərə uyğun ixtisaslara gəncləri cəlb edə bilərik. Təəssüflər olsun ki, bizə 3-4 kurs tələbələri müraciət edəndə bildirirlər ki, öz ixtisasları üzrə təhsillərini davam etdirməyəcəklər, işləməyəcəklər. Hər bir sahədə olduğu kimi, bu sahədəki mövcud problem və boşluqları aradan qaldırmaq üçün mütləq və mütləq ixtisaslaşmış mütəxəssislər cəlb olunmalıdırlar”, - deyə psixoloq əlavə edib.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
24 May 21:08

Xəbər lenti
24 May 20:58

Xəbər lenti
24 May 20:53

Xəbər lenti
24 May 20:49

Xəbər lenti
24 May 20:18

Xəbər lenti
24 May 20:16

Siyasət
24 May 19:22

Siyasət
24 May 18:28

Xəbər lenti
24 May 18:27

Dünya
24 May 17:42

Xəbər lenti
24 May 17:11

Xəbər lenti
24 May 16:27

Dünya
24 May 16:25

Xəbər lenti
24 May 15:44

Xəbər lenti
24 May 15:22

Xəbər lenti
24 May 14:56

Siyasət
24 May 14:44

Xəbər lenti
24 May 14:43

Siyasət
24 May 14:42

Formula 1
24 May 14:23

Xəbər lenti
24 May 14:07

Xəbər lenti
24 May 13:32

Dünya
24 May 13:25

Xəbər lenti
24 May 13:00

Xəbər lenti
24 May 12:43

Xəbər lenti
24 May 12:30

Xəbər lenti
24 May 12:26

Xəbər lenti
24 May 12:11

Xəbər lenti
24 May 11:48

Xəbər lenti
24 May 11:46

Xəbər lenti
24 May 11:27

Xəbər lenti
24 May 11:13

Xəbər lenti
24 May 11:10

Sosial
24 May 10:48

Sosial
24 May 10:43

Ədəbiyyat
24 May 10:35

Prezident bu gün
24 May 10:33

Siyasət
24 May 10:31

Xəbər lenti
24 May 10:28

Analitik
24 May 10:26

Siyasət
24 May 10:23

İqtisadiyyat
24 May 10:21

Xəbər lenti
24 May 10:18

MEDİA
24 May 10:17

Sosial
24 May 10:14

Gündəm
24 May 10:09

Gündəm
24 May 10:04

Xəbər lenti
24 May 09:18

Gündəm
23 May 23:18

Xəbər lenti
23 May 21:23

Xəbər lenti
23 May 20:33

Gündəm
23 May 19:23

Siyasət
23 May 18:56

Xəbər lenti
23 May 18:01

Xəbər lenti
23 May 17:27

YAP xəbərləri
23 May 17:25

Xəbər lenti
23 May 17:09

Formula 1
23 May 16:25

Dünya
23 May 16:17

Xəbər lenti
23 May 16:07

Xəbər lenti
23 May 15:46

Turizm
23 May 15:19

Xəbər lenti
23 May 15:04

Xəbər lenti
23 May 14:49

Xəbər lenti
23 May 14:36

Xəbər lenti
23 May 14:34

Xəbər lenti
23 May 14:26

Xəbər lenti
23 May 14:19

İqtisadiyyat
23 May 14:06

Xəbər lenti
23 May 13:32
