Prezidentə təşəkkür...
04.08.2022 [09:55]
QHT-lər dövlətin şəhid ailələrinə və qazilərə qayğısını yüksək qiymətləndirir
NARDAR
Azərbaycanın hərbi yönümlü qeyri-hökumət təşkilatları Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər. Müraciətdə dövlətimizin, şəxsən Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqəti, qayğısı yüksək qiymətləndirilir. Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi təqdir olunur.
Müraciəti imzalayan Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu qəzetimizə açıqlamasında bildirib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları genişmiqyaslı sosial dəstək proqramları ilə əhatə olunublar. Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi isə Prezident İlham Əliyevin növbəti humanist addımıdır. QHT sədri xatırladıb ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən şəhid ailələrinə 11 000 manat məbləğində birdəfəlik ödəmələr verilmişdi: “Həmin fərmanın ardınca isə Prezident İlham Əliyev növbəti humanist addım ataraq ötən il dekabrın 23-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalamışdı. Bu fərmana qədər Birinci Qarabağ müharibəsi əlilləri qanunvericiliyin yaratdığı problemlərə görə birdəfəlik ödəmələri ala bilmirdilər. Ancaq cənab Prezident həmişə olduğu kimi, bu dəfə də məsələyə humanist yanaşdı. Bu çox ciddi məsələ və böyük işdir”.
R.Kərimoğlu Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib: “Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərir. Birinci Qarabağ müharibəsi əlillərinə verilən birdəfəlik ödəmələr də bu diqqət və qayğının nəticəsidir”.
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərir. Hazırda istər İkinci Dünya müharibəsi veteranlarının, istər Çernobıl qəzası iştirakçılarının, istərsə də 20 Yanvar əlillərinin, eyni zamanda, Birinci və İkinci Qarabağ müharibələri veteranlarının, şəhid ailələrinin, əlillərin statusları eynidir. Buna müharibə veteranlarına verilən imtiyazlar da aiddir”. Bu fikirləri isə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti hər zaman bu kateqoriyadan olan ailələrə xüsusi diqqət və qayğısı göstərib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu sosial siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız bu istiqamətdə çoxlu sayda fərman və sərəncam imzalayıb. “Belə ki, müharibə veteranları prezident təqaüdü də alırlar. Şəhid ailələri və müharibə əlilləri mənzillərlə, evlərlə təmin edilirlər. Şəhid ailələrinin və müharibə əlillərinin övladları universitetlərə qəbul olduqda belə onların təhsil haqqı dövlət tərəfindən ödənilir. Həmin kateqoriyadan olanların övladlarının asudə vaxtlarının təşkili üçün dövlət müxtəlif proqramlar həyata keçirir. Müharibə əlilləri özünüməşğulluq proqramlarına cəlb olunur. Müharibə əlilləri ən müasir protezlərlə təmin olunur, onlar müalicə almaq üçün dünyanın ən müasir xəstəxanalarına göndərilirlər, sağlamlıqlarının bərpası istiqamətində də xeyli addımlar atılır”,-deyən E.Həsənli əlavə edib ki, şəhid ailələrinə və hərbi əməliyyatlarla əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə yardımla bağlı ictimai və vətəndaş təşəbbüslərinin düzgün istiqamətləndirilməsi, bu prosesdə sistemli, ardıcıl və məqsədyönlü yanaşmanın təmin edilməsi məqsədilə “YAŞAT” Fondunun yaradılması da çox müsbət addımdır.
QHT sədrinin fikrincə, bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə iştirakçılarına dəstəyi davam edir və sistemli xarakter daşıyır. Avqustun 2-də başlanılmış Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramı isə bütünlükdə Azərbaycan dövlətinin sosialyönümlü olduğunun, eləcə də müharibə iştirakçılarına xüsusi diqqət və qayğının əyani təzahürüdür. E.Həsənli vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələri verməsinə başlaması yalnız 44 günlük Vətən müharibəsi deyil, Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısını və heç kəsin yaddan çıxmadığını bir daha göstərir: “Birinci və ya İkinci Qarabağ müharibələrində iştirak etməsindən asılı olmayaraq, müharibə iştirakçıları arasında heç bir fərq qoyulmur. Çünki bu müharibələrdə əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıq bütün xalqımız üçün nümunədir. Şəhidlərimiz, qazilərimiz bayraq, Vətən, torpaq kimi bizim üçün əzizdir. Silahlı Qüvvələrimizə və hərbçilərimizə hörmət və ehtiram bəsləmək isə hər kəsin borcudur. Dövlətimiz onun uğrunda sağlamlığını itirmiş şəxslərə diqqət və qayğısı bundan sonra da davam etdirəcək”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
12 Avqust 20:12

Xəbər lenti
12 Avqust 20:10

Gündəm
12 Avqust 19:43

İqtisadiyyat
12 Avqust 19:41

İqtisadiyyat
12 Avqust 19:35

Siyasət
12 Avqust 19:33

Gündəm
12 Avqust 19:32

Gündəm
12 Avqust 19:28

Xəbər lenti
12 Avqust 19:27

Xəbər lenti
12 Avqust 19:20

Xəbər lenti
12 Avqust 17:01

Xəbər lenti
12 Avqust 16:38

Xəbər lenti
12 Avqust 16:04

Xəbər lenti
12 Avqust 15:44

Xəbər lenti
12 Avqust 15:13

Xəbər lenti
12 Avqust 15:12

Gündəm
12 Avqust 13:59

Siyasət
12 Avqust 13:53

Xəbər lenti
12 Avqust 13:45

Xəbər lenti
12 Avqust 13:20

Siyasət
12 Avqust 13:11

Gündəm
12 Avqust 13:10

Xəbər lenti
12 Avqust 12:25

Xəbər lenti
12 Avqust 11:38

Xəbər lenti
12 Avqust 11:30

Xəbər lenti
12 Avqust 11:25

Gündəm
12 Avqust 11:11

Gündəm
12 Avqust 11:03

Xəbər lenti
12 Avqust 10:57

Sosial
12 Avqust 10:54

Sosial
12 Avqust 10:39

İqtisadiyyat
12 Avqust 10:35

Xəbər lenti
12 Avqust 10:29

Prezident bu gün
12 Avqust 10:29

İqtisadiyyat
12 Avqust 10:27

MEDİA
12 Avqust 10:21

Yeni texnologiyalar
12 Avqust 10:18

Xəbər lenti
12 Avqust 10:16

Siyasət
12 Avqust 10:13

Siyasət
12 Avqust 10:10

Gündəm
12 Avqust 10:01

İdman
12 Avqust 09:24

Xəbər lenti
12 Avqust 09:21

Siyasət
11 Avqust 22:21

İdman
11 Avqust 20:38

Xəbər lenti
11 Avqust 19:33

İdman
11 Avqust 19:18

Xəbər lenti
11 Avqust 17:59

Gündəm
11 Avqust 17:53

Xəbər lenti
11 Avqust 17:00

Xəbər lenti
11 Avqust 16:38

Xəbər lenti
11 Avqust 16:25

Xəbər lenti
11 Avqust 15:48

Xəbər lenti
11 Avqust 15:26

Xəbər lenti
11 Avqust 14:53

Xəbər lenti
11 Avqust 14:45

İdman
11 Avqust 14:13

Xəbər lenti
11 Avqust 13:51

Xəbər lenti
11 Avqust 13:24

Xəbər lenti
11 Avqust 13:23

Xəbər lenti
11 Avqust 13:21

Xəbər lenti
11 Avqust 12:18

Xəbər lenti
11 Avqust 12:09

İdman
11 Avqust 12:04

Xəbər lenti
11 Avqust 11:23

Xəbər lenti
11 Avqust 11:05

Xəbər lenti
11 Avqust 10:59

Dünya
11 Avqust 10:50

Ədəbiyyat
11 Avqust 10:41

Ədəbiyyat
11 Avqust 10:34
