Turizm potensialının artırılmasında yeni imkanlar
19.10.2023 [10:53]
Ödənişli yoldan istifadə etsəniz...
Günel ABBAS
Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycanda da dünyada geniş yayılan ödənişli yollardan istifadə olunması praktikasının tətbiqinə başlanılacağı bildirilmişdi. İlk belə layihə kimi Bakı-Quba-Rusiya avtomobil yolu seçilib. Bu, Baş nazir Əli Əsədovun 5 sentyabr 2023-cü il tarixində imzaladığı 309 saylı müvafiq qərarda öz əksini tapıb.
Qərarla Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən, ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğinin avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq edilməsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən isə ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsinin təmin edilməsi müəyyən edilib.
Yeri gəlmişkən, ötən günlərdə Tarif (Qiymət) Şurası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciəti əsasında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tarifləri müəyyən edib.
Belə ki, Tarif Şurasının qərarına görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
Daha sürətli və optimal
Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumların apardığı monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır.
Mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin üzvü Vüqar Bayramov bildirib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni ödənişli avtomobil yolu vətəndaşlar üçün məcburiyyət yox, seçim imkanıdır: “Ödənişsiz yollarda məsafə uzun və sürət həddi aşağı olur. Ödənişli yol isə vətəndaşların gedəcəyi yerə daha tez çatmasını təmin edəcək. İşləkliyi və yükdaşımalarda payı da nəzərə alınarsa, yeni yolun əhəmiyyəti xüsusi vurğulanmalıdır”, - deyə deputat qeyd edib.
V.Bayramov, həmçinin diqqətə çatdırıb ki, yeni avtomobil yolu qeyri-neft sektoru üzrə yükdaşımaların həcminin artmasına, bölgəmizdə turizmin inkişafına da töhfə verəcək: “Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dollarından çoxdur. Yeni tikilən yol bu ticarət dövriyyəsinin artımında, ərzaq və sənaye məhsullarının daşınmasında mühüm rol oynayacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08

