Mənzil tikintisi böyüyür
07.04.2024 [11:35]
Kompensasiya məbləği isə artmır...
Pandemiyadan sonra Azərbaycanda yenidən canlanmağa başlayan tikinti bumu özünü yerli kapital qoyuluşlarında da göstrəməkdədir. Son 2 ildə həm dövlətin icra etdiyi investisiya proqramı çərçivəsində tikinti-quraşdırma işlərinin həcmi böyüyüb, həm də özəl sektorun yerli resursları hesabına yaşayış tikintisinə yönələn investisiyaların həcmi artıb. 2024-cü ilin yanvar-fevral aylarında əsas kapitala 2,7 milyard manata yaxın sərmayə qoyulub ki, (ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çox) əsas kapitala yönəldilmiş investisiyaların 1, 9 milyard manatı və ya 72,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Onların strukturunda azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işlərinə yönəlmiş kapitalın həcmi xüsusi üstünlük təşkil edir. Ancaq bununla bərabər, ölkənin digər bölgələrində tikinti sahəsində sərmayə qoyuluşlarının həcmi son bir ildə xeyli artıb. İlin ilk 2 ayında investisiyaların 133,7 milyon manatı təkcə yaşayış evlərinin tikintisinə sərf olunub. Bu, yaşayış binalarının tikintisinə illik 800 milyon manat sərmayə qoyuluşu deməkdir.
Mənzil tikintisinin geniş vüsət almasında bazardakı tələbin böyüməsi də əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Mənzil inşaatının genişlənməsi isə qiymətlərin artmasını da şərtləndirib. Əksər tikinti şirkətləri son bir ildə yaşayış sahələri üzrə qiymətləri paytaxtın müxtəlif zonalarından asılı olaraq artırıb, ümumilikdə, mənzil bazarı üzrə təhlillər göstərir ki, 2024-cü ilin ilk rübündə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 17-22 faiz civarında bahalaşıb. Tikinti şirkətləri bunu son bir ildə mal-material xərclərinin bahalaşması, tikinti layihələri üzrə qiymətləndirmələrdə artım və s. səbəblərlə izah edir.
Hazırda həyata keçirilən yeni tikinti işlərinin əsas hissəsi paytaxtda bir çox köhnə binaların və ya fərdi yaşayış evlərinin yerində aparılan inşaatla bağlıdır. Bu, mənzillərin plana düşməsi və ya satın alınması deməkdir. Bu proses zamanı müşahidə edilən əsas halalrdan biri isə evləri plana düşən sakinlərin mənzillərin dəyəri ilə bağlı təklif olunan kompensasiya məbləğləri ilə bağlı narazılıqlarıdır.
Dövlət öz ehtiyaclarını da ödəyir, vətəndaşların rahatlığını da...
Mənzil bazarı üzrə tədqiqat aparan ekspertlərin qənaətinə görə, plana düşən yaşayış sahələrinin qiymətləndirilməsi və kompensasiyaların verilməsində bir neçə meyar mövcuddur. Birinci, dövlət ehtiyacları üçün alınan torpaq və yaşayış sahələrinin qiymətləndirilməsidir. Belə bir təcrübə indiyə qədər paytaxtın müxtəlif ərazilərində alınan yaşayış sahələrinin qiymətləndirilməsi zamanı tətbiq olunub. Məsələn, “Sovetski”, “Papanin” və s. ərazilərdə mənzillərin dövlət ehtiyacları üçün alınması zamanı ərazidəki evlərin dəyərinin qiymətləndirilməsi və kompensasiyaların verilməsi müvafiq hökumət komissiyasının iştirakı ilə həyata keçirilib. Belə ki, 2014-cü ildən başlayaraq “Sovetski”də yerləşən evlərin və torpaqların dövlət ehtiyacları üçün alınması, köçürülmə və digər işlər Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun Yasamal Rayon İcra Hakimiyyəti (RİH) icra edilib. Daşınmaz əmlaklar üzrə qiymətləndirmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq, bu işlərə cəlb edilmiş müstəqil qiymətləndirici şirkət tərəfindən sözügedən ərazidə mövcud bazar qiymətləri öyrənilməklə aparılıb. Evlərin dəyərləndirilməsi zamanı komissiya tərəfindən evlərin və torpaq sahələrinin onların xüsusi mülkiyyətində olmasına dair müvafiq sənədlər təqdim edilməklə kompensasiya hesablanaraq ödənilib.
Kompensasiyanın məbləği mənzil və yaşayış sahəsindən əlavə olaraq, 20 kv.metr nəzərə alınmaqla ödənilib. Həmin dövrdə orta bazar qiymətləri 1 kv.metr üzrə 1500 manat müəyyən edilməklə icra olunub. Hesablanmış məbləğlər Yasamal RİH-in sakinlərlə ilkin razılaşma əldə etdikdən sonra notariat qaydada alqı-satqı müqavilələri bağlanmaqla müvafiq banklarda mənzillərin sahiblərinin adlarına açılmış hesablara köçürülüb və heç bir əlavə xərc olmadan hesablanmış məbləğlər həmin şəxslər tərəfindən bütünlüklə alınıb. Vəsaitlərini götürən bütün sakinlərə evlərindən yeni mənzillərinə köçmək üçün ən azı bir ay müddət və əlavə olaraq hər bir ailəyə 1000 manat köçmək üçün vəsait ödənilib. Bundan başqa, köçürülmə zamanı torpaq sahələrinin onların xüsusi mülkiyyətində olmasına dair müvafiq sənədlər təqdim edən sakinlərə əlavə kompensasiya hesablanaraq ödənilib.
Sonrakı illərdə, 2017-2018-ci illərdə növbəti köçürülmə zamanı isə yeni bazar qiymətləri müəyyən edilib ki, orta qiymət təxminən 2000-2500 manat nisbətində olub. Dövlət hətta narazı qalan vətəndaşa başqa ərazidə genişsahəli mənzil də verir.
Tikinti şirkətləri tərəfindən təklif edilən kompensasiya məbləği nə qədər olmalıdır?
İkinci meyar pilot tipli layihələr zamanı mənzillərin sahəsinin hesablanması və vətəndaşların mənzil təminatıdır. Bu zaman ərazidə bina tikintisi zamanı əvəzləşmədən istifadə olunur. Vətəndaşa öz yaşadığı ərazidə inşa olunan binada mənzilin sahəsinə 20-25 kv.metr əlavə olunmaqla ev təklif olunur. Binanın inşası başa çatana qədər sakinlərin aylıq kirayəsini tikinti şirkəti ödəyir.
Üçüncü meyar isə dövlət ehtiyacları olmadan, yəni birbaşa tikinti şirkətlərinin özlərinin kommersiya şərtləri əsasında mənzil inşasıdır. Yəni bu prosesdə dövlət qurumları, konkret olaraq müvafiq icra hakimiyyətinin komissiyası fəaliyyət göstərmir. Bu zaman yaşayış sahələrinin qiyməti fərdi yanaşma əsasında müəyyənləşir. Tikinti şirkətlərinin kommersiya xarakterli aldığı sahələrdə daha çox pilot layihələrdə tətbiq edilən üsul təklif olunur. Vətəndaşların plana düşən evlərinin yerində inşa edilən yaşayış binasında evin sahəsi və əlavə olaraq 20 kv.metr sahə nəzərə alınmaqla mənzil təklif olunur.
Ərazidəki sakinlər bununla razılaşmadıqda, yəni yeni inşa ediləcək binadan mənzil yox, evin dəyərinə uyğun kompensasiya tələb etdikdə isə bu məsələ tikinti şirkəti tərəfindən qarşılıqlı yolla həll olunur. Bu zaman tikinti şirkəti dövlət ehtiyacları zamanı tətbiq edilən güzəştləri yerinə yetirməyi üzərinə götürür, mənzilin sahəsindən əlavə 20 kv. metr sahə üzrə əlavə kompensasiya hesablanmasına dair öhdəlik götürür. Mənzilin sahəsi əlavə edilmiş sahə ilə birlikdə hesablanaraq orta bazar qiyməti üzrə əmlakın dəyərləndirilməsi həyata keçirilir və buna uyğun kompensasiyanın məbləği təyin olunur. Kompensasiya məbləği bazar qiyməti əsasında müəyyən edilir. Məsələn, “Nərimanov” və “Gənclik” zonasında orta qiymət 2200, 2700, 3000 manat olmaqla şirkətlər vətəndaş arasında fərdi razılaşma üzrə həll olunur.
Tikinti şirkətləri hökumətin adından sui-istifadə edir...
Sözsüz ki, vətəndaş ona təklif edilən məbləğlə razılaşmayaraq qanedici kompensasiya tələb edə bilər. O, həmin ərazidə satışa çıxarılan mənzillərin qiymətinə uyğun pul tələb etmək haqqına malikdir və sövdələşmələr kommersiya qaydaları əsasında aparıldığından tikinti şirkəti onun qarşısında konkret qiymət əmsalı qoya bilməz. Bu cür kommersiya tikintilərinə dövlətin müəyyən etdiyi sabit və konkret kompensasiya əmsalları şamil edilmədiyindən tikinti şirkətlərinin bazar qiymətləri “öldürməyə” haqqı yoxdur. Ancaq şirkətlər əksər hallarda sui-istifadəyə yol verərək Nazirlər Kabineti tərəfindən guya sabit kompensasiya məbləği müəyyən olunduğunu əsas gətirir və bununla sakinləri zorla köçməyə məcbur etməyə çalışır. Ancaq NK-nın belə bir qərarı və ya sərəncamı olmadığından daşınmaz əmlak sahibi öz haqlı tələbindən geri çəkilə bilməz. Eləcə də Mənzil, Mülki, İnzibati Xətalar Məcəllələrinin müvafiq maddələri əmlak sahibinin haqlı olduğunu təsbit edir.
Məsələ ondadır ki, son bir ildə yeni yaşayış binalarındakı mənzillərin bahalaşmasına baxmayaraq, vətəndaşlara verilən kompensasiyaların məbləği sabit qalmaqdadır. Tikinti şirkətləri tərəfindən satın alınan yaşayış sahələrində plana düşən fərdi evlərin kompensasiyası son 2 ildəki qiymət intervalından fərqlənmir. Tikinti şirkətləri “bazar qiyməti” adı altında vətəndaşlara sökülən evlərin hər kv. metrinə orta nisbi dəyərlə 1500-2500 manat təklif edir, ancaq həmin ərazidəki faktiki mənzilin 1 kv.metrinin qiyməti isə bundan 2, hətta 3 dəfə bahadır.
Qarşıda Bakının yeni təsdiq edilmiş 2040-cı ilə dair Baş Planında paytaxtda genişmiqyaslı söküntü işlərinin aparılması və köhnə binaların yerində hündürmərtəbəli yaşayış binalarının inşası nəzərdə tutulur. Bu layihələrdə isə dövlət-özəl tərəfdaşlına geniş yer veriləcək. Yəni özəl tikinti şirkətləri kommersiya şərtləri əsasında inşaatda xüsusi yer alacaq. Ona görə də yuxarıda vurğuladığımız halların baş verməməsi üçün vətəndaşların əmlakının qiymətləndirilməsi və kompensasiyaların ödənişində bazar prinsipləri nəzərə alınmaqla yeni əmsalların müəyyənləşməsinə ehtiyac vardır.
E.Cəfərli
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15

