Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri genişləndirilir
06.04.2025 [14:22]
Səmərqənd şəhərində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova ilə Özbəkistanın Turizm Komitəsinin sədri Ümid Şadıyev arasında görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Özbəkistan arasında mövcud turizm əlaqələrinin gücləndirilməsi perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, “İpək Yolu” sahəsində birgə aparıla biləcək əməkdaşlıq imkanları haqqında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin Azərbaycan Turizm Bürosu və Özbəkistanın Milli Təbliğat Mərkəzi arasında turizm sahəsində əməkdaşlıq üzrə memorandum imzalanıb.
Memorandumu Azərbaycan tərəfindən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və Özbəkistan tərəfindən Özbəkistanın Milli Təbliğat Mərkəzinin direktoru Dilşod Murodullayev imzalayıb.
Sənəddə “İpək Yolu turları” birgə təşəbbüsü çərçivəsində turist axınını artırmaq, Mərkəzi Avropa və digər beynəlxalq bazarlarda mövqeləri gücləndirmək məqsədilə əməkdaşlıq, birgə turizm məhsullarının hazırlanması, təbliğat tədbirlərinin və B2B görüşlərinin təşkili məsələləri əksini tapır.
Səfər çərçivəsində Azadə Hüseynova ilə BMT Turizmin Səmərqənddə yerləşən Turizm akademiyasının direktoru Dilşod Narzıkulov arasında görüş keçirilib. Görüşdə turizm təhsili sahəsində Azərbaycan və Özbəkistan arasında qarşılıqlı əməkdaşlığın inkişafı üzrə birgə addımların atılmasının vacibliyi qeyd edilib. Görüşün sonunda, həmçinin “İpək Yolu” Beynəlxalq Turizm və Mədəni İrs Universitetinə tanışlıq turu təşkil edilib.
Universitet nəzdində fəaliyyət göstərən “İpək Yolu” Tədqiqat Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində “İpək Yolu”nun turizm məhsulu kimi inkişaf etdirilməsi sahəsində birgə araşdırmaların aparılması haqqında razılığa gəlinib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09

