Təmas qrupu toplanır
19.05.2022 [09:59]
Dördlük humanitar problemlərin həllində razılığa gələcəklərmi?
P.İsmayılov
Yaxın günlərdə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin humanitar məsələlər üzrə təmas qrupunun toplantısı keçiriləcək. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, BMT Baş katibinin təklif etdiyi humanitar məsələlər üzrə BMT, Türkiyə, Rusiya və Ukraynadan ibarət təmas qrupu var. Təmas qrupu yaxın zamanda texniki səviyyədə görüş keçirməyi planlaşdırır.
Rusiya-Ukrayna müharibəsindən ötən iki aydan artıq zaman çərçivəsində tərəflərin yaxınlaşdırılması, təmasın yaradılması istiqamətində bir sıra addımlar atılıb. Vurğulanmalıdır ki, ən real üçtərəfli görüşlər də məhz Türkiyənin vasitəçiliyi ilə baş tutub. BMT Baş katibi Antonio Quterreş də Türkiyənin problemin sülh yolu ilə həllindəki səylərini yüksək dəyərləndirib. Bəs, təmas qrupunun görüşü hansı müsbət perspektivi vəd edir?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, təmas qrupunun aparacağı danışıqlar əsasən humanitar problemləri əhatə edəcək. Burada əsirlərin dəyişdirilməsi, mülki şəxslərin təxliyyə olunması, dərman preparatlarının və ərzaq vasitələrinin paylanılması kimi məsələlər yer alacaq ki, bu da indiki dövr üçün olduqca aktualdır: “Müharibə başlanan dövrdən sözügedən məsələlər mühüm aktuallıq kəsb edib. Böhranın daha da dərinləşməməsi üçün irəli sürülən təşəbbüslər, atılan addımlar dəstəklənməlidir. Bu baxımdan, Türkiyə regional güc kimi öz vasitəlik missiyasını uzun müddətdir ki, Ukrayna və Rusiya tərəfinə təqdim edir. Antalya Diplomatik Forumu çərçivəsində keçirilmiş üçtərəfli görüş, daha sonra İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasındakı görüş xüsusi olaraq vurğulana bilər. Danışıqlar prosesinin davam etdirilməsi, əldə olunan razılıqların yerinə yetirilməsi, yeni məsələlər ətrafında konsensusun tapılması üçün Türkiyə bütün gücünü səfərbər edir. Problemin öz həllini tapması Türkiyənin də marağındadır. Bu təmas qrupu texniki səviyyədə görüş keçirməyi planlaşdırır ki, hələlik müzakirə obyekti yalnız humanitar məsələlərdir”.
İ.Hüseynov bildirib ki, Türkiyənin BMT ilə yanaşı bu problemin həllində vasitəçi kimi çıxış etməsi həm də rəsmi Ankaraya olan etimadın nəticəsidir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Rusiyaya qarşı iqtisadi sanksiyalara da qoşulmayıb. “Eyni zamanda, İsveç və Finlandiyanın NATO-ya daxil olması məsələsində özünün veto hüququndan istifadə etməklə mövqe ortaya qoyub. Bu mesaj Rusiya Türkiyə münasibətlərində etimadın güclənməsini şərtləndirir. Rusiya Türkiyə ilə olan münasibətləri qorumaqda maraqlıdır. Bu baxımdan, Ukraynanın da, Rusiyanın da Türkiyəyə böyük inamı var. Bu etimad müstəvisində danışıqlar müəyyən nəticə vəd edir. Türkiyə öz gücü, hərbi qüdrəti, müdafiə sənayesi potensialı ilə yanaşı, həm də siyasi müstəvidə öz resurslarının genişliyini ortaya qoyur. Eyni zamanda, Türkiyə Rusiya və Ukrayna ilə Qara dəniz hövzəsndə həmsərhəddir. Qonşu dövlətlərin arasındakı problemlərin siyasi zəmində həll olunması, humanitar böhranın daha da dərinləşməməsi Türkiyənin də marağındadır. Digər tərəfdən, bu, rəsmi Ankaranın siyasi im?cini daha da yüksəldir”, - deyə İ.Hüseynov əlavə edib.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

