Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Müharibələrin yaratdığı reallıq - silah biznesi...

Müharibələrin yaratdığı reallıq - silah biznesi...

06.12.2023 [11:13]

Statistik göstəricilər gələcək üçün neqativ yüklüdür...

Dünyanın ən yüksəkgəlirli iqtisadi mübadiləsindən birini öldürücü vasitələr - silahlar təşkil edir. Siyasəti iqtisadi uğurun proyeksiyası kimi xarakterizə edən ekspertlərin fikrincə, dünyada müharibələrin, kataklizmlərin, qarşıdurmaların yaşanmasını “ən çox arzulayanlar” da məhz bu sahəyə “iqtisadi gəlir mənbəyi” kimi baxan güclərdir. Başqa sözlə, dünyada atəşlənən hər bir silah, atılan hər bir bomba, partlayan hər bir mina son qoyduğu həyatla ölçülmür - gətirdiyi gəlir, yaratdığı iqtisadi üstünlük, qazandırdığı hərbi qazanc ilə ölçülür. Amma bu da bir qanunauyğunluqdur - silahların əsas funksiyası müdafiə refleksinin artırılması ilə izah olunursa da, hücum edənlərin də məhz silahdan istifadə etməsini unutmaq olmaz...

Qeyd edildiyi kimi, günümüzdə silah satışı ən gəlirli sahələrdən biri kimi dəyərləndirilir. Son açıqlanan statistikada göstərir ki, bu sahənin verdiyi “xeyir” yüz milyardlarla ölçülür.

ABŞ və Avropa şirkətlərində eniş...

2022-ci il bütövlükdə müharibə ili kimi dəyərləndirilməsə də, Ukrayna - Rusiya qarşıdurması fonunda sakit il kimi də “yadda qalmamışdı”. Buna baxmayaraq, dünyanın 100 ən böyük müdafiə şirkətinin silah və hərbi xidmət satışından əldə etdiyi ümumi gəlir 2021-ci illə müqayisədə 2022-ci ildə 3,5 faiz azalıb. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir. “Silah alveri” ilə məşğul olan şirkətlərin ümumi qazancı isə 597 milyard dollar təşkil edib. Analitiklər gəlirlərin azalmasını ilk növbədə Amerika şirkətləri ilə bağlayırlar: reytinqdə yer alan 42 ABŞ şirkəti 2022-ci ildə bir il əvvəllə müqayisədə 7,9 faiz az qazanc əldə edib. İlk yüzlüyə daxil olan Avropa şirkətlərinin isə yalnız yüzdə 0,9 nisbətində cüzi artımı qeydə alınıb.

Asiya və Okeaniyadan olan silah istehsalçıları satışlarını daha sürətli - 3,1 faiz artırıblar. Ardıcıl ikinci ildir ki, ümumi illik gəlirlərinə görə bu şirkətlər Avropadan olan rəqiblərini qabaqlayırlar. SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı proqramının tədqiqatçısı Xiao Liang bildirib ki, Çin, Hindistan, Yaponiya və Tayvan şirkətləri hökumətin hərbi modernləşdirməyə davamlı investisiyalarından faydalanıb.

Ən qazanclı Baykardır...

Ayrı-ayrı şirkətlər arasında gəlir artımı rekordçusu “Bayraktar” pilotsuz uçan aparatları istehsal edən Türkiyənin təyyarə istehsalı şirkəti olan Baykardır. 2022-ci ildə gəlirini təxminən iki dəfə artıran Baykarın belə bir uğura imza atmasını isə SIPRI-nin baş tədqiqatçısı Dieqo Lopes da Silva belə izah edib: “ Daha az texnoloji mürəkkəb məhsullar üzrə ixtisaslaşmış şirkətlər tələbatın artmasına cavab olaraq istehsalı daha tez artıra bildilər. Buna misal olaraq Bayraktar TB-2 pilotsuz uçan aparatının istehsalçısı olan Türkiyənin Baykar şirkətini göstərmək olar. Baykar silah gəlirləri 94 faiz artdıqdan sonra ilk dəfə olaraq ilk 100-lüyə daxil oldu”.

Baykarla yanaşı “Rheinmetall”, “Hensoldt” və “Diehl” kimi şirkətlər də fərdi olaraq gəlirlərini 6 ilə 13 faiz arasında artıra biliblər. Lakin “ThyssenKrupp” əksinə, 2022-ci ildə silah satışından bir il əvvələ nisbətən 16 faiz az qazanc əldə edib. SIPRI-nin 2022-ci il üçün ilk yüzlüyünə yalnız iki Rusiya şirkəti daxil olub - “Rostec” və “Birləşmiş Gəmiqayırma Korporasiyası”. Tədqiqatçılar bunu Rusiya müdafiə sənayesinin qeyri-şəffaflığı və mövcud məlumatların olmaması ilə əlaqələndirir. Yuxarıda adıçəkilən iki şirkətin silah satışından əldə etdiyi ümumi gəlir 2022-ci ildə 12 faiz azalıb.

2023-cü ildə həcm artacaq...

Bəs silah satışının ümumi həcmi nə üçün 2022-ci ildə azaldı? Bu kimi düşündürücü sualı SIPRI bir neçə amillə izah edir. Əksər ABŞ və Avropa şirkətləri Ukrayna müharibəsi səbəbilə daha da artan işçi tələbatını ödəyə bilməyib. Artan xərclər və tədarük zəncirinin pozulması isə istehsal gücünün zəifləməsinə yol açıb. Bundan əlavə, bir çox ölkələr yeni sifarişlərini ilin sonunda verdikləri üçün sifarişlə tədarüklər arasında vaxt gecikməsi baş verib  - bu da statistikaya təsir göstərib. Hesabatda o da vurğulanır ki, şirkətlərin hələ də yerinə yetirilməyən sifarişləri və yeni müqavilələrin sayının kəskin artması da müşahidə olunur. Bu isə yaxın bir neçə ildə silah satışından qlobal gəlirlərin əhəmiyyətli dərəcədə artacağı ehtimalını formalaşdırır. SIPRI-nin açıqlamasında o da bildirilir ki, bir çox silah şirkətləri yüksək intensivlikli döyüşlər üçün silah istehsalına keçiddə çətinliklərlə üzləşib. Bununla belə, yeni müqavilələr imzalanıb, xüsusən də 2023-cü ildə və ondan sonrakı illərdə gəlirlərin artmasına səbəb olacağı gözlənilən sursat tədarükü aktuallaşıb.

Mənzərə aydındır: silah satışının artırılması ilə bağlı proqnozlar qarşıdakı dövrdə sülhün və təhlükəsizliyin dünyaya hakim olacağı ehtimalını da aşağı salır. Yüz milyardlarla dollarlıq gəlir mənbəyi sayılan bu “ölüm mexanizmi”nin statistikası isə təəssüflər olsun ki, gələcək illərdə daha da artacaq...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 259 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29