Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qusarda Milli Qurtuluş gününə həsr olunmuş konfrans keçirildi

Qusarda Milli Qurtuluş gününə həsr olunmuş konfrans keçirildi

12.06.2024 [14:03]

YAP Qusar rayon təşkilatı tərəfindən  rayon Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşdan Böyük Qayıdışa" mövzusunda konfrans keçirildi. Konfrans öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzüldü. Tədbir  Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Daha sonra müasir və müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin və  respublikanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransın işində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov,YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, partiya fəalları, qazilər və şəhid ailələrinin nümayəndələri iştirak edirdilər.
Konfransı giriş sözü ilə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açaraq qeyd etdi ki, 15 İyun 1993-cü il Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olaraq Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bilavasitə əlaqədardır. Təşkilatın sədri bu tarixi günün əhəmiyyətini vurğulayaraq bildirdi ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın zəfərlərinin,bu günkü və gələcək inkişafın, uğurların əsasını təşkil edir.

Millət vəkili Azər Badamov Milli Qurtuluş Günü ilə əlaqədar çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Millət vəkili bu gün ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söylədi.Konfransda rayon Ağsaqqallar Şurasının sədri  Sənan Xəlilov, H.Əliyev Mərkəzinin direktor əvəzi Lalə Kərimova, YAP Qusar rayon təşkilatının könüllüsü Svetlana Mirzəyeva, Heydər Əliyev haqqında "Ən Yaxşı Təqdimat" müsabiqəsinin respublika üzrə ikincisi, Qusar şəhər 6 saylı məktəbin şagirdi  Əkbər Yuniszadə çıxış etdilər. Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim edildi. Sonda Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş edildi.

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31