Azərbaycan mediası ən yüksək inkişaf dövrünü yaşayır
20.07.2024 [13:36]
Ümummilli Lider Heydər Əliyev ölkəmizdə müstəqil mətbuatın formalaşmasına və inkişafına misilsiz töhfələr verib və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mətbuatımızın yaranmasından ötən 149 il ərzində zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə xüsusilə böyük tərəqqiyə nail oldu.
Azərbaycan mətbuatının inkişafı və yeni keyfiyyətlərlə zənginləşməsində Prezident İlham Əliyevin misilsiz xidmətləri hər kəsə yaxşı məlumdur. Dövlət başçısı mətbuatın cəmiyyətin, xalqın həyatında rolunu həmişə yüksək qiymətləndirib, bu sahədəki problemlərin aradan qaldırılmasını daim diqqət mərkəzində saxlayıb. Cənab İlham Əliyev respublikamızda mətbuatın inkişafına daim qayğı göstərir. Dövlət başçısı KİV rəhbərləri, jurnalist təşkilatlarının nümayəndələri, jurnalistlərlə dəfələrlə görüşlər keçirib. Bu sahədəki mövcud problemlərin aradan qaldırılması üçün əlaqədar dövlət qurumlarına müvafiq tapşırıq və göstərişlər verib.
Media mənsubları fəaliyyətlərində daim dövlətin qayğısını hiss edirlər
Bu gün Azərbaycan mediası özünün ən yüksək inkişaf dövrünü yaşayır. Yarandığı gündən indiyədək heç bir tarixi mərhələdə Azərbaycan mediası indiki qədər azad və müstəqil olmayıb. Eyni zamanda, heç vaxt indiki qədər dövlət qayğısını öz üzərində hiss etməyib. Bu gün Azərbaycan mediası ölkəmizin təhlükəsizlik konsepsiyasında xüsusi yumşaq güc kimi müəyyənləşdirilib və dövlətimizin milli maraqlarının müdafiə olunmasına xidmət edir. Media mənsubları öz fəaliyyətlərində daim dövlət qayğısını hiss edirlər və sözün həqiqi mənasında Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş söz və mətbuat azadlığının ölkəmizdə təmin olunmasının şahidi olurlar. Bütün bunların bir səbəbi var. Bu da Prezident İlham Əliyevin mediaya, söz və mətbuat azadlığına münasibəti ilə bağlıdır.
Arxasında məhz Prezident İlham Əliyevin siyasi iradəsinin dayandığını hiss edən milli mediamız bu gün onun üçün yaradılmış konstitusion əsaslardan lazımınca bəhrələnərək inkişaf dövrünün çox maraqlı, eyni zamanda, mütərəqqi bir mərhələsini yaşayır. Təsadüfi deyil ki, bu mərhələdə medianın bütün problemlərinin həlli ilə bağlı Azərbaycan Prezidenti tərəfindən müxtəlif addımlar atılıb. Dövlət başçısı İlham Əliyev mediaya münasibətinə görə dəfələrlə “Jurnalistlərin dostu” adına layiq görülüb. Prezident media mənsublarının istər maddi, mənzil-məişət, istərsə də sosial problemləri ilə bağlı, hətta Azərbaycan media nümayəndələrinin səhhətində yaranan problemlərlə bağlı qərarlar qəbul edib və onların problemlərini həll edib. Jurnalistlərin peşə nüfuzunun artırılması və Azərbaycan jurnalistikasına intellektlərin axını da məhz bu amillərlə bağlıdır.
Yeni jurnalist kadrların hazırlanmasında daha intellektual lokomotiv yaratmaq üçün “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda belə Prezidentin Sərəncamı ilə dəyişikliklər edilib. Bu dəyişikliyə əsasən xüsusi istedadı olan və jurnalist olmaq istəyənlər ölkəmizdə mövcud olan ali təhsil müəssisələrinin uyğun fakültəsinə müraciət edirlər. Bu da jurnalistikamızı keyfiyyətcə yeni mərhələyə daşıyacaq mühüm addımlardan biri oldu. Bütövlükdə, Prezident İlham Əliyevin mediaya münasibəti ölkəmizdə söz və mətbuat azadlığını tam olaraq təmin edib, Azərbaycan mediasının böyük inkişafına səbəb olub.
Cənab İlham Əliyevin prezidentlik illəri ölkə mediasının “qızıl dövrü”dür
Azərbaycan mətbuatı Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində xüsusilə böyük inkişaf yolu keçib. Azərbaycan mediası bu illər ərzində dövlət quruculuğunda nüfuzlu və mötəbər bir qurum kimi iştirak edib. Ölkəmizdə mövcud problemlərin həll olunmasında Prezident İlham Əliyevin siyasətinə lazımi dəstəyi verib. Həmçinin ölkəmizin dünya miqyaslı müəyyən tədbirlərdə təmsil olunması baxımından böyük fəaliyyət ortaya qoyub. Ümumən götürsək Prezident İlham Əliyevin medianın Azərbaycanda vətəndaş institutları sırasında lazımi qədər mötəbər bir səviyyəyə gəlib çatmasında böyük rolu var.
Həmçinin milli mətbuatımızın yubileylərinin ölkəmizdə geniş şəkildə qeyd olunması, KİV-ə birdəfəlik maddi yardımların göstərilməsi, xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və jurnalistlərə göstərilən qayğının tərkib hissəsidir. Qısaca desək cənab İlham Əliyevin prezidentlik illəri ölkə mediasının “qızıl dövrü”dür. Bu dövrdə dövlət həqiqətən mediaya, media isə dövlətə dəstək olub. Ən böyük nailiyyətimiz bundan ibarətdir ki, bu illər ərzində Azərbaycan mediası dövlətin dəstəyi sayəsində həqiqətən dövlətçiliyin ciddi müdafiəçi tribunalarından birinə çevrilib.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

