Bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır
16.08.2024 [18:46]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
XXXIII Paris Yay Olimpiya Oyunları Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini, bunun nəticəsi olaraq idmançılarımızın yüksək nəticələr qazandıqlarını bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşündə diqqəti bu məqamlara yönəltdi. Dövlətimizin başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini bildirdi. Onu da qeyd etdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını ifadə etdi.
“Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur. Dövlətimizin başçısı idmançılarımızın uğurunu belə dəyərləndirdi: “Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.”
Mütəxəssislərin qeyd etdikləri kimi, Olimpiya Oyunları dedikdə idman yarışlarının, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar çərçivədə deyil, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Bu baxımdan əsrlərlə yaşı olan Olimpiya Oyunları müasir günümüzdə də maraqla izlənilir. İlk dəfə 776-cı ildə qədim Yunanıstanın Olimpiya şəhərində Zevsin şərəfinə keçirilən Olimpiya Oyunları sonradan kütləvi idman bayramlarına, dostluq, bərabərlik simvoluna çevrilmişdir. O dövrün qalibləri isə zeytun ağacının budaqlarından hörülmüş çələnglə mükafatlandırılırdılar. Qədim Yunanıstanda mövcud olmuş Olimpiya Oyunlarının bərpası təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi baron Pyer de Kuberten təklif etmişdir. Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etbarən hər 4 ildən bir keçirilir. Buraya dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər Yay və Qış Olimpiya Oyunları eyni ildə keçirilirdi. Lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi Yay Oyunlarına nəzərən iki il irəli çəkildi.
Azərbaycanın Olimpiya Oyunlarında iştirakına və idmançılarımızın nəticələrinə diqqət yetirdikdə bu göstəricilərin ildə-ilə artdığını görürük. Bu, ölkəmizdə idmanın bütün növlərinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Ulu Öndər Heydər Əliyev “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur” fikirləri ilə bu sahənin inkişafına verilən önəmi şərtləndirən əsas amilləri diqqətə çatdırmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən Ümummilli Lider fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsini vacib amil kimi önə çəkdi. Dahi şəxsiyyətin bu istiqamətdə atdığı biri-birindən əhəmiyyətli addımların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə yaradılmış müasir idman infrastrukturu da bu göstəriciləri tamamlayır. Buna ölkəmizdə keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini əminliklə qeyd edə bilərik. İdmanın kütləviliyi təmin edilir və ölkəmizdə Olimpiya hərəkatı çox yüksək səviyyədədir.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 17:12
Dünya
12 Sentyabr 16:58
Dünya
12 Sentyabr 16:57
Dünya
12 Sentyabr 16:56
Siyasət
12 Sentyabr 16:55
Sosial
12 Sentyabr 16:52
Dünya
12 Sentyabr 16:50
İqtisadiyyat
12 Sentyabr 16:47
YAP xəbərləri
12 Sentyabr 16:44
Sosial
12 Sentyabr 16:43
Siyasət
12 Sentyabr 16:42
Mədəniyyət
12 Sentyabr 15:48
İqtisadiyyat
12 Sentyabr 15:45
İqtisadiyyat
12 Sentyabr 15:44
Sosial
12 Sentyabr 15:38
Gündəm
12 Sentyabr 15:19
Gündəm
12 Sentyabr 15:01
Elm
12 Sentyabr 14:59
İdman
12 Sentyabr 14:56
YAP xəbərləri
12 Sentyabr 14:53
Xəbər lenti
12 Sentyabr 14:43
İdman
12 Sentyabr 14:30
Diaspor
12 Sentyabr 14:28
Dünya
12 Sentyabr 14:27
Sosial
12 Sentyabr 14:26
Dünya
12 Sentyabr 14:25
Elm
12 Sentyabr 14:21
YAP xəbərləri
12 Sentyabr 14:09
YAP xəbərləri
12 Sentyabr 14:06
Siyasət
12 Sentyabr 13:19
Elm
12 Sentyabr 13:03
Sosial
12 Sentyabr 12:53
Sosial
12 Sentyabr 12:47
Sosial
12 Sentyabr 12:45
Dünya
12 Sentyabr 12:44
İqtisadiyyat
12 Sentyabr 12:40
İdman
12 Sentyabr 12:38
Dünya
12 Sentyabr 12:35
Mədəniyyət
12 Sentyabr 12:06
Sosial
12 Sentyabr 12:05
İqtisadiyyat
12 Sentyabr 12:04
Sosial
12 Sentyabr 11:01
İdman
12 Sentyabr 10:54
Hərbi
12 Sentyabr 10:53
Siyasət
12 Sentyabr 10:23
Sosial
12 Sentyabr 10:20
Siyasət
12 Sentyabr 10:00
İqtisadiyyat
12 Sentyabr 09:56
İqtisadiyyat
12 Sentyabr 09:47
İqtisadiyyat
12 Sentyabr 09:37
Siyasət
12 Sentyabr 09:33
İqtisadiyyat
12 Sentyabr 09:28
Dünya
12 Sentyabr 09:26
MEDİA
12 Sentyabr 09:24
Dünya
12 Sentyabr 09:20
Siyasət
12 Sentyabr 09:17
Dünya
12 Sentyabr 09:14
Dünya
12 Sentyabr 09:10
Elm
12 Sentyabr 09:07
Dünya
12 Sentyabr 09:00
Sosial
12 Sentyabr 08:59
Elm
12 Sentyabr 08:58
Siyasət
11 Sentyabr 23:44
Mədəniyyət
11 Sentyabr 23:30
Sosial
11 Sentyabr 23:13
Daxili siyasət
11 Sentyabr 22:56
İqtisadiyyat
11 Sentyabr 22:42
Mədəniyyət
11 Sentyabr 22:25
Hadisə
11 Sentyabr 22:05
Hadisə
11 Sentyabr 21:55