Türk dövlətləri arasında qardaşlığın sarsılmazlığının nümayişi
28.08.2024 [10:43]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Ortaq dəyərləri, türk soyunu bölüşən dövlətlərin əsrlər boyu milli-mənəvi birliyə söykənən əlaqələri yüksələn xətlə inkişaf edib. Türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olub.
Azərbaycanla Özbəkistan arasında əlaqələr bu gün də ən yüksək səviyyədədir və həyata keçirilən hər bir qarşılıqlı səfər ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verir. Azərbaycanın xarici siyasətində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş məqsədyönlü siyasətin günümüzdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun davam etdirilməsi hər bir ölkə kimi Özbəkistanla münasibətlərə də yeni məzmun, dinamika qatıb.
Ölkəmizin Prezidenti cənab İlham Əliyevin ötən həftə Özbəkistana dövlət səfəri iki türk dövləti arasında əlaqələrin daha yüksək səviyyəyə çatdırılması baxımından tarixi hadisəyə çevrildi. Eyni zamanda, Azərbaycan Prezidentinin Özbəkistan səfəri türk dövlətləri arasında qardaşlığın sarsılmazlığının beynəlxalq icimaiyyətə yenidən nümayişi ilə yadda qaldı.
Türk dünyasında layiqli yer tutan Azərbaycanın Prezidentinin qardaş ölkəyə son iki ildə beşinci səfəri, Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin dostluq münasibətləri deməyə əsas verir ki, Azərbaycan-Özbəkistan əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda intensiv şəkildə inkişaf edir.
İki türk dövləti və xalqı arasındakı dostluq, qardaşlıq münaisbətlərinin ruhundan xəbər verən prezidentlərin qarşılıqlı səfərləri, imzalanan sənədlər, o cümlədən "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması ilk növbədə özündə yüksək siyasi əlaqələri təcəssüm etdirir.
Mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev xüsusi ilə vurğuladı:"Şavkat Miromonoviçin qeyd etdiyi kimi, bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Çünki biz fəal işləyirik və Şavkat Miromonoviçin dediyi kimi, ən müxtəlif – regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır."
Göründüyü kimi, indiyə qədər strateji tərəfdaş olan Azərbaycanla Özbəkistan artıq rəsmən müttəfiq dövlətlər oldular. İki ölkənin imzaladığı müttəfiqlik münasibətləri haqqında müqavilə Özbəkistan-Azərbaycan münasibətlərində yeni-yeni əməkdaşlıq üçün böyük perspektivlər açacaq.
Xəbər lenti
Hamısına baxGündəm
14 May 11:16
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46

