Azərbaycan dünyaya təkmil dirçəliş modelini təqdim edir
14.10.2024 [18:58]
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri
2023-cü il oktyabrın 15-də Azərbaycan tarixinə növbəti Zəfər səhifəsi yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltması böyük qürurumuz və xoşbəxtliyimizdir. Cənab İlham Əliyev qalibiyyət rəmzi olan üçrəngli bayrağımızı Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində böyük əminliklə və qürur hissi ilə bildirdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.
Cənab İlham Əliyev iyirmi bir il bundan əvvəl Prezident kimi fəaliyyətə başlayanda bu vədi vermişdir ki, Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə, şəhər və kəndlərdə qaldırılacaq. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdik. Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ probleminin həlli üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, Azərbaycanın iqtisadi imkanları artdı, dünya iqtisadi sisteminə inteqrasiya sürətləndi. 1994-cü il 20 sentyabr tarixində Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar göz qabağındadır. Ölkəmizin iqtisadi və siyasi mövqeyi möhkəmlənir. İqtisadi tərəqqi bütün sahələrdə davamlı uğurlara yol açdı. Müstəqiliyimizin qarantı olan Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş ruhunun artırılması istiqamətində mühüm addımlar atıldı. Bu gün qürurla qeyd edirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Şanlı ordumuz bunu 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı tarixi Zəfərlə, həmçinin ötən ilin sentyabrında həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etməklə sübut etdi.
Dövlət başçısı İlham Əliyev Xankəndi şəhərindən xalqa müraciətində bu məqamı da xüsusi qeyd etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, övladıdır. Elə bir gənc nəsil yetişdirildi ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq.
Həm dörd il bundan əvvəl, həm də ötən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Qürurla bəhs etdiyimiz zəfərlərimizdən biri də 2020-ci il 17 oktyabr tarixində Füzuli rayonunun işğaldan azad edilməsidir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edilib. Bu baxımdan 17 oktyabr Füzuli Şəhəri Günüdür. Prezident İlham Əliyev Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür” söyləyərək bu reallığı da diqqətə çatdırmışdır ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Azərbaycanda iki dəfə, Ağdamda və Zəngilanda Milli Şəhərsalma Forumu keçirilərək bütün layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər.
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Füzuli rayonunun ərazisi 1386 kv.km-dir. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Bu mühüm məqamı da qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmri ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olundu.
Bu gün Füzuli sevincli günlərini yaşayır. Füzulilər mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. İcrası 2026-cı ilin sonunda başa çatacaq Böyük Qayıdış Proqramının birinci mərhələsində 22 min insan Füzuli rayonunda yaşayacaq. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzura 140 min sakin qovuşacaq. İşğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı bərpa-quruculuq işləri və onların fonunda soydaşlarımızın qayıdışı hər birimizdə böyük qürur hissi yaradır. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir, Azərbaycan dünyaya təkmil dirçəliş modelini təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
08 Dekabr 23:49
Xəbər lenti
08 Dekabr 22:58
Xəbər lenti
08 Dekabr 22:16
Elm
08 Dekabr 21:54
Dünya
08 Dekabr 21:13
Dünya
08 Dekabr 20:43
COP29
08 Dekabr 20:17
İdman
08 Dekabr 19:54
Dünya
08 Dekabr 19:21
Dünya
08 Dekabr 18:52
Elm
08 Dekabr 18:27
Xəbər lenti
08 Dekabr 17:54
COP29
08 Dekabr 17:23
Hərbi
08 Dekabr 16:59
Dünya
08 Dekabr 16:21
Dünya
08 Dekabr 15:49
Dünya
08 Dekabr 15:18
Siyasət
08 Dekabr 14:55
Sosial
08 Dekabr 14:23
Siyasət
08 Dekabr 13:47
Xəbər lenti
08 Dekabr 13:29
Dünya
08 Dekabr 13:16
Dünya
08 Dekabr 12:54
Xəbər lenti
08 Dekabr 12:47
Dünya
08 Dekabr 12:45
Dünya
08 Dekabr 12:44
Dünya
08 Dekabr 12:42
Dünya
08 Dekabr 12:22
Dünya
08 Dekabr 11:41
Dünya
08 Dekabr 11:19
Dünya
08 Dekabr 10:58
Hadisə
08 Dekabr 10:36
Dünya
08 Dekabr 09:25
Dünya
08 Dekabr 08:32
İdman
07 Dekabr 23:38
Dünya
07 Dekabr 23:14
Siyasət
07 Dekabr 22:45
İdman
07 Dekabr 22:19
COP29
07 Dekabr 21:46
Dünya
07 Dekabr 21:23
Dünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35