Xocavənd qəsəbəsində Şəhid Elzamin Tağıyevin xatirəsi yad edilib
09.11.2024 [13:54]
Şəhid Elzamin Tağıyevin xatirəsi yad edilib.
Xocavənd qəsəbəsində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Qaradağlı kənd sakini Tağıyev Elzamin Eyvaz oğlunun anım günü münasibətilə xatirəsi yad edilib. Anım tədbirində YAP Xocavənd rayon təşkilatının əməkdaşları, Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, Şəhid ailələri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər.
Tağıyev Elzamin Eyvaz oğlu - 11.08.1992-ci ildə Xocavənd rayon Qaradağlı kəndində doğulmuşdur. 1999-cu ildə Beyləqan rayon Şəfəq qəsəbəsində təhsil həyatına başlamışdır. 2010-cı ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbindən məzun olmuşdur. Həmin il hərbi xidmətə yollanmış, 2012-ci ildə N saylı hərbi hissədən tərxis olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Moskva Dövlət Politexnik Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Qiyabi təhsil aldığı müddətdə rayonun ictimai-siyasi mühitində aktiv iştirak etmiş, 2015-ci ildən Xocavənd rayon Mərkəzi Kitabxana sistemində şöbə müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda bir çox idman yarışlarının iştirakçısı olmuşdur. Xocavənd Rayon İcra Hakimiyyətinin ictimai şurasının üzvü idi.
8 sentyabr 2020-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmışdır. Tağıyev Elzamin 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılmış, 11 oktyabrda şiddətli döyüşlər zamanı yaralanmış, 27 oktyabr tarixinə kimi hərbi hospitalda müalicə almışdır.
27 oktyabrdan yenidən ordu sıralarına qatılan Elzamin Qubadlı istiqamətində gedən döyüşlərə qatılmışdır. 9 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”. “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Subay idi.
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17

