/ / Nəsimi rayonunda Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev zamanın fövqündə” adlı tədbir keçirilib
Nəsimi rayonunda Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev zamanın fövqündə” adlı tədbir keçirilib
11.12.2024 [15:09]
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, Nəsimi rayon İcra Hakimiyyətinin və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zamanın fövqündə” adlı tədbir keçirilib.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi rayon Ağsaqqallar Şurasının sədrləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, qeyri-hökumət təşkilatlarının rəhbərləri, şəhid ailələri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak edib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski öz çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin xatirəsini yaşatmaq yalnız ona ehtiram göstərmək deyil, həm də onun idealarına sadiq qalmaqdır. Natiq nəzərə çatdırıb ki, bu gün Azərbaycanda əsası qoyulan inkişafın, tərəqqinin, beynalxalq nüfuzumuzun sağlam təməllərində məhz dahi şəxsiyyətin müdrik fikirləri dayanır. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə - müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. Həmçinin bildirib ki, Azərbaycançılıq şüurunun inkişafı, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı.
Çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə bildirdi ki, Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Xüsusi vurğuladı ki, o dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskusiyaların aparılması, gənclərin xaricə təhsil alması üçün göndərilməsi, ixtisaslı kadrların formalaşması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Heydər Əliyev uzaqgörənliyinin bariz nümunəsidir.
Çıxışlardan sonra Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev xilaskar ömrü” adlı filmə baxılıb.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artistləri Məleykə Əsədova və Nurəddin Mehdixanlı ədəbi-bədii qiraətlə, incəsənət xadimlərindən xalq artisti Gülyanaq Məmmədova və əməkdar artist Aybəniz Həşimova isə musiqi ifaları ilə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

