Milli adət və ənənə - Novruz bayramı
14.03.2025 [17:40]
Elnur Tağıyev,
YAP İmişli rayon təşkilatının sədr müavini
Əcdadlarımızın ilkin təsəvvürlərində Novruza qədərki dörd çərşənbənin hər birini təbiətin bir ünsürü ilə əlaqələndirərək müqəddəsləşdiriblər. “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Yel çərşənbəsi” və “Torpaq çərşənbəsi” adlandırdıqları ilaxır çərşənbələri insanlar məhsul bolluğu yaratmağa, birlik və firavanlığa, sağlamlığa, halallığa, dostluğun, qardaşlığın sarsılmaz gücünə, mehribanlığa çağırış kimi qeyd ediblər. İnanıblar ki, bu dörd çərşənbənin hər birində təbiətin dörd ünsüründən biri qış yuxusundan oyanır, süstlükdən, ətalətdən qurtularaq canlanır. Xalq tərəfindən keçirilən böyük el şənliklərinin, mərasimlərin mahiyyətində də bu inam dayanır.
Xalqımızın ən qədim və əziz bayramı olan Novruz yurdumuza qədəm qoymaqdadır. Hər dəfə bu bayram öz gəlişi ilə evlərimizdə tamam başqa bir ab-hava yaradır. Hətta dünyanın yaranışını belə ilk yaz günü ilə bağlayan bu bayram xalqımız üçün doğma və qiymətlidir. Ölkəmizdə hər il mart ayında qeyd edilən Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə müşahidə olunur. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan bayram ritualları isə insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub.
Bir sıra adət-ənənələri ilə əlamətdar olan Novruzun sevilən atributlarından biri də odlar ölkəmizi mənalandıran tonqalıdır. Tonqal ulularımızdan bizə yadigar qalan ayindir, göndərişdir. Bir il bundan öncə 2024-cü ilin 18 martında qədim Azərbaycan torpağı, Pənah xanın yurdu Xankəndidə dövlətimizin başçısı, cənab Prezident İlham Əliyev tərəfindən qalanan bayram tonqalı mənə ilk növbədə məhz bu xəbərləşmə ayinini xatırlatdı. Bir il altı ay öncə azadlığı ilə xalqımızı illərdir həsrəti olduğu suverenliyə qovuşduran Xankəndi şəhərində qalib sərkərdəmiz tərəfindən yandırılan tonqal bu ali xəbəri sanki bütün dünyaya car çəkdi. Onun kor qalan gözlərinə, kar olan qulaqlarına bir daha, təkrarən dedi: “Qarabağ Azərbaycandır!”
Bəli, artıq Azərbaycan əbədiyyən öz torpaqlarının hakimi, tək sahibidir. Bundan sonra bu Novruz tonqalları onun hər guşəsində xalqının və onun qətiyyətli liderinin gücünü hər kəsə təkrar-təkrar sübut edərcəsinə əbədi yanacaq.
Artıq ikinci ildir ki, Novruz bayramını müstəqil, suveren, işğalsız, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanın bütün ərazisində böyük ruh yüksəkliyi ilə qeyd edirik. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını, canını Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan şəhidlərimizin də ruhu bu gün şaddır. Çünki onların qanı yerdə qalmadı, qisası artıqlaması ilə alındı. Bu xoş günləri, bayramları bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzulayıram! Möhtərəm Prezidentimiz
cənab İlham Əliyev başda olmaqla müdrik xalqımızı bu əziz, milli bayram münasibətilə təbrik edirəm! Və tam qətiyyətlə və sevinclə deyirəm: “Konstitusiya və Suverenlik ili”ndə Suveren Azərbaycanımızın Novruz bayramı mübarək olsun!
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

