Azərbaycan nümunəsi...
19.03.2025 [19:39]
Elçin Quliyev,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Bu gün beynəlxalq müstəvidə mürəkkəb proseslər davam edir, münaqişələrin sayı artmaqdadır. Artıq dünya nizamı mövcud deyil. Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə bu mövzuda fikirlərini geniş ifadə edib.
Gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verirlər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.
Cənubi Qafqaz regionunda proseslərə gəlincə, dövlət başçısının qeyd etdiyi kimi, bu bölgə uzun illər qarşıdurma və düşmənçilik bölgəsi olub. Ermənistanın işğalçılıq siyasəti 30 il regionda müharibə şəraitinin davam etməsinə səbəb olub. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda yeni reallıqlar yaranıb. Hazırda, hərbi qarşıdurma olmasa da, sülh də mövcud deyil. Dayanıqlı sabitlik üçün ölkələr arasında sülh sazişi imzalanmalıdır. Ermənistan bu sülhün əldə olunması üçün üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Hazırda dünyada yeni nizamın müəyyənləşdirilməsi prosesi baş verir. Belə bir şəraitdə beynəlxalq güclərdən asılı olan dövlətlər və xalqlar çətin sınaqlar qarşısındadır. Çünki kənar qüvvələrin diqtəsi ilə idarə olunanlar azad şəkildə öz gələcəkləri üçün qərar vermək iqtidarında deyil. Amma müstəqil siyasət yürüdən ölkələr isə bu prosesdə öz rolunu oynayır. Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var: “Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir. Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək. Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq”.
Dövlətimizin başçısının mövcud beynəlxalq münasibətlər sistemi haqqında fikirləri ilə dünya miqyasında nə qədər güclü lider olduğunu bir daha təsdiqləyir. Xüsusilə, Prezident müstəqil dövləti necə qorumağın nümunəsini təqdim edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmayıb. Azərbaycan nümunəsi göstərir ki, hər bir ölkə öz taleyinin sahibi olmalıdır.
Öz milli dövlətlərini qorumaq istəyən xalqlar Azərbaycan Prezidentinin tövsiyələrinə istinad etməlidir. Çünki bu fundamental yanaşma hər bir mili dövlətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev müsahibədə XII Qlobal Bakı Forumunun əhəmiyyətindən də geniş bəhs edib. Dövlət başçısının vurğuladığı kimi beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında bu Forumun vacib rolu var. XII Qlobal Bakı Forumunun iştirakçıları ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşüblər.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

