Hər bir xalqın milliliyini yaşadan onun dilidir
24.04.2025 [20:19]
Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri
Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili diqqət mərkəzində olub. 70-ci illərin ortalarından başlayaraq keçmiş İttifaq respublikalarının ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni bu redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Ulu Öndər Heydər Əliyev dilimizin xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan vasitə olduğunu bildirmişdir. Azərbaycan dilinin dövlət dili statusu daşıması uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider xalqı, ziyalıları ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər etmişdir. Dahi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən bildirmişdir ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi daşıyırdı.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da dil məsələsi öz aktuallığını qorudu. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri ilə torpaq, Vətən sevgisini, Azərbaycan dilinə məhəbbətini ifadə edən Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ana dilimizə qayğını dövlətimizin əsas siyasi-ideoloji vəzifəsi hesab etmişdir. Ümummilli Liderimiz “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalamaqla ədəbi dilimizin fəaliyyət imkanlarını daha da genişləndirmişdir. “Azərbaycan dilinin təkmilləşdirilməsi haqqında” Fərmanı da Ulu Öndər Heydər Əliyevin dilimizə olan bağlılığından, onu yad təsirlərdən qorumaq istəyindən irəli gəlmişdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin təkmilləşdirilməsi, saflığının qorunması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Dövlət başçısının 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı bunun bariz nümunəsidir. Ümummilli Liderin “Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Fəxr edirik ki, müstəqil Azərbaycanın dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.
Xəbər lenti
Hamısına bax
Dünya
11 May 22:39

Sosial
11 May 21:34

Dünya
11 May 20:32

Dünya
11 May 19:26

Xəbər lenti
11 May 19:24

Sosial
11 May 18:16

Sosial
11 May 17:56

Dünya
11 May 16:38

Sosial
11 May 15:32

Sosial
11 May 14:29

Dünya
11 May 13:25

İdman
11 May 12:33

Dünya
11 May 11:39

Dünya
11 May 10:35

İdman
11 May 09:28

Elm
11 May 08:42

Elm
11 May 08:10

YAP xəbərləri
10 May 22:56

YAP xəbərləri
10 May 21:30

YAP xəbərləri
10 May 21:15
YAP xəbərləri
10 May 20:38

YAP xəbərləri
10 May 19:34

YAP xəbərləri
10 May 19:15

YAP xəbərləri
10 May 18:51

İdman
10 May 17:36

Dünya
10 May 16:27

Gündəm
10 May 16:24

Gündəm
10 May 16:09

Gündəm
10 May 15:58

Gündəm
10 May 15:47

Gündəm
10 May 15:45

Siyasət
10 May 15:36

Gündəm
10 May 15:34

Gündəm
10 May 15:23

Gündəm
10 May 15:20

YAP xəbərləri
10 May 14:42

Dünya
10 May 14:29

Dünya
10 May 13:32

Dünya
10 May 12:23

Hərbi
10 May 12:12

Sosial
10 May 12:08

Gündəm
10 May 12:07

Dünya
10 May 11:52

YAP xəbərləri
10 May 11:29

Dünya
10 May 11:19

Siyasət
10 May 11:04

Sosial
10 May 11:03

Siyasət
10 May 10:41

Xəbər lenti
10 May 10:15

Hadisə
10 May 09:21

İdman
10 May 08:48

Dünya
10 May 08:40

Siyasət
10 May 08:28

Gündəm
10 May 08:17

Gündəm
10 May 00:17

YAP xəbərləri
09 May 22:06

YAP xəbərləri
09 May 21:55

Xəbər lenti
09 May 21:45

Xəbər lenti
09 May 20:22

YAP xəbərləri
09 May 19:46

İdman
09 May 19:21

Hadisə
09 May 18:19

Gündəm
09 May 17:56

Gündəm
09 May 17:39

Gündəm
09 May 17:27

Gündəm
09 May 17:19

Gündəm
09 May 17:15

Hadisə
09 May 16:35

Xəbər lenti
09 May 15:49

Dünya
09 May 15:32
