İran-Azərbaycan tərəfdaşlığı: Regional təhlükəsizlik və inkişaf naminə
02.05.2025 [17:34]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında mövcud olan qarşılıqlı etimadın və strateji əməkdaşlıq münasibətlərinin növbəti təntənəsi olub. Prezidentlərin iştirakı ilə keçirilən görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycan-İran əlaqələrinin həm regional, həm də beynəlxalq müstəvidə mühüm mərhələyə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq və qardaşlıq şəraitində yaşayıb. Bu tarixi təməllər üzərində qurulan dövlətlərarası münasibətlər bu gün də qarşılıqlı hörmət və suverenliyə əsaslanaraq inkişaf edir. İran Prezidenti Məsud Pezeşkianın geniş nümayəndə heyəti ilə Bakıya səfəri ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirilir.
Rəsmi görüşlər zamanı aparılan fikir mübadilələri zamanı Azərbaycan və İran prezidentləri bir çox mühüm məsələlər ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar. İkitərəfli münasibətlərin daha da dərinləşdirilməsi, regional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində dəstəyin davam etdirilməsi müzakirə olunub. Hər iki tərəf bu münasibətlərin inkişafı üçün qarşılıqlı olaraq səylər göstərir.
Səfər çərçivəsində imzalanan 5 mühüm sənəd gələcək əməkdaşlığın hüquqi və institusional əsaslarını möhkəmləndirir. Bu sənədlər Azərbaycan ilə İran arasında müxtəlif sahələr üzrə əməkdaşlığı praktiki və nəticəyönümlü mərhələyə keçirir.
Danışıqlar zamanı, həmçinin üçtərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri də geniş müzakirə olunub. Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi regionda iqtisadi əlaqələrin genişlənməsi baxımından strateji əhəmiyyətə malikdir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu dəhlizin ərazisindən keçən hissəsində infrastruktur layihələrini uğurla başa çatdırıb və yüklərin artacağı ehtimalını nəzərə alaraq yeni sərmayə qoyuluşlarına başlayıb.
Səfər çərçivəsində mədəniyyət və humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi də diqqət mərkəzində olub. Sonuncu dəfə səkkiz il əvvəl keçirilən qarşılıqlı mədəniyyət günlərinin yaxın gələcəkdə yenidən təşkil olunacağı qərara alınıb. İki xalqın ortaq tarixi və mədəniyyətinə əsaslanan bu təşəbbüs qarşılıqlı anlaşmanı daha da gücləndirəcək.
Azərbaycan və İran beynəlxalq təşkilatlar – BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər qurumlar çərçivəsində bir-birini ənənəvi olaraq dəstəkləyir. Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, eyni zamanda regionda sabitliyin və sülhün möhkəmləndirilməsinə xidmət edir.
İki ölkə arasında fəaliyyət göstərən Azərbaycan-İran parlamentlərarası işçi qrupu, 147 sənəddən ibarət müqavilə-hüquq bazası və iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası Dövlət Komissiyası əlaqələrin sistemli şəkildə inkişafını təmin edir. Bu mexanizmlər strateji məsələlərin ardıcıl izlənməsi və praktiki həll yollarının tapılması baxımından mühüm rol oynayır.
Görüşlərdə regiondakı vəziyyət, sabitliyin və əmin-amanlığın qorunması, suverenlik və daxili işlərə qarışmama prinsipinə hörmət kimi fundamental məsələlər də diqqət mərkəzində olub. Hər iki tərəf regional sabitliyin təmin olunmasının yalnız qarşılıqlı hörmət və əməkdaşlıq əsasında mümkün olduğunu vurğulayıb. Bu prinsiplərə əsaslanan münasibətlər bölgədə uzunmüddətli sülhün bərqərar olmasına xidmət edir.
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni bir mərhələnin əsasını qoyub. Bu səfər təkcə siyasi təmasların yox, həm də iqtisadi, mədəni və regional əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli dönüş nöqtəsi olub. Səfər nəticəsində əldə olunan razılaşmalar və imzalanan sənədlər iki qonşu dövlətin qarşılıqlı etimada əsaslanan münasibətlərinin strateji mahiyyətini bir daha təsdiqləyir. Bu uğurlu diplomatik hadisə bölgədə sabitliyin, əməkdaşlığın və sülhün möhkəmləndirilməsi yolunda atılmış mühüm addım kimi tarixə düşüb.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 May 19:30

Elm
19 May 19:19

Dünya
19 May 18:35

YAP xəbərləri
19 May 18:28

YAP xəbərləri
19 May 17:27

Sosial
19 May 17:14

Dünya
19 May 16:23

Sosial
19 May 16:00

Dünya
19 May 15:27

Dünya
19 May 15:03

Xəbər lenti
19 May 14:46

Gündəm
19 May 14:31

Sosial
19 May 13:24

İdman
19 May 12:53

Siyasət
19 May 12:50

Sosial
19 May 12:37

Siyasət
19 May 12:22

Elm
19 May 11:58

Sosial
19 May 11:51

Sosial
19 May 11:12

İqtisadiyyat
19 May 10:29

İqtisadiyyat
19 May 10:29

İdman
19 May 10:19

Siyasət
19 May 10:05

Dünya
19 May 09:58

Dünya
19 May 09:15

Dünya
19 May 08:54

Dünya
19 May 08:13

Hadisə
18 May 23:26

Dünya
18 May 22:39

Elm
18 May 21:33

Sosial
18 May 20:41

İdman
18 May 19:40

Dünya
18 May 18:32

Dünya
18 May 17:28

Dünya
18 May 16:21

Dünya
18 May 15:30

Mədəniyyət
18 May 14:49

Dünya
18 May 13:31

Dünya
18 May 12:47

Dünya
18 May 11:19

Analitik
18 May 10:42

Dünya
18 May 10:36

Dünya
18 May 09:28

Dünya
18 May 08:34

Dünya
18 May 07:55

Hadisə
18 May 07:48

İdman
18 May 07:43

İdman
17 May 23:30

Dünya
17 May 22:19

Elm
17 May 21:27

Siyasət
17 May 20:42

İdman
17 May 20:36

Sosial
17 May 19:25

Sosial
17 May 18:32

Sosial
17 May 17:26

Sosial
17 May 16:45

Sosial
17 May 15:34

Dünya
17 May 14:43

YAP xəbərləri
17 May 14:22

YAP xəbərləri
17 May 13:19

Gündəm
17 May 13:01

Gündəm
17 May 12:40

YAP xəbərləri
17 May 12:37

Gündəm
17 May 11:50

İqtisadiyyat
17 May 11:38

Siyasət
17 May 11:15

MEDİA
17 May 10:57

Sosial
17 May 10:34

Analitik
17 May 10:14
