Azərbaycan Xalq Cümhuriyyəti: demokratik ənənələrin və milli ruhun təntənəsi
30.05.2025 [11:51]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə və demokratik dəyərlərə sadiq irsə sahibdir. Bu irsin ən parlaq səhifələrindən biri 1918-ci il mayın 28-də Tiflisdə elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması ilə yazılmışdır. Şərqdə ilk dəfə olaraq demokratik, hüquqi və dünyəvi respublika – Azərbaycan Xalq Cümhuriyyəti meydana gəlmişdir. Bu, təkcə siyasi fakt deyil, həm də milli oyanışın, azadlıq eşqinin və mütərəqqi dəyərlərin təntənəsi idi.
1918-ci ilin 28 mayında qəbul olunan İstiqlal Bəyannaməsi Azərbaycan xalqının tarixi iradəsinin ifadəsi kimi müasir dövlətçiliyimizin təməlini qoymuşdur. Cümhuriyyətin təsis olunması ilə xalqımız öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququnu əldə etmişdir. Cümhuriyyət parlamentli respublika formasında qurulmuş, dinindən, milliyyətindən, cinsindən asılı olmayaraq vətəndaşlara bərabər hüquqlar tanınmışdır. Xüsusilə müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququnun verilməsi AXC-nin nə qədər irəli baxan, demokratik və humanist mahiyyət daşıdığını sübut etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq qısa zaman ərzində milli ordunun, dövlət institutlarının, təhsil sisteminin və diplomatik münasibətlərin əsaslarını yaratmağa nail olmuşdur. 1919-1920-ci illərdə AXC dünyanın müxtəlif ölkələri ilə diplomatik əlaqələr qurmağa başlamış, Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi tanınmışdır. Bütün bunlar göstərir ki, Cümhuriyyətin qurucuları – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və digərləri möhkəm siyasi uzaqgörənliyə malik dövlət xadimləri idilər.
Lakin 1920-ci ilin aprelində Cümhuriyyət bolşevik hərbi müdaxiləsi nəticəsində süqut etmişdir. Bununla belə, AXC-nin dövlətçilik ideyaları və demokratik irsi xalqın siyasi yaddaşında yaşamağa davam etmişdir. Uzun illərdən sonra - 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının tarixi iradəsinin təntənəsi olmuşdur. Bu aktla Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və ideoloji varisi olduğunu bəyan etmişdir.
Müstəqilliyin ilk illərində ölkəmiz ciddi təhlükələrlə üz-üzə qalmışdı. Siyasi böhran fonunda daxili çəkişmələr, Ermənistanın hərbi təcavüzü və iqtisadi xaos müstəqilliyi real təhlükə altına salmışdı. Məhz belə bir ağır dönəmdə xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini dağılmaq təhlükəsindən xilas etdi. Ümummilli Liderin müdrik və qətiyyətli siyasəti nəticəsində hüquqi dövlət quruculuğuna, iqtisadi islahatlara və milli həmrəyliyə əsaslanan yeni inkişaf mərhələsi başlandı.
Ulu Öndər Heydər Əliyev AXC-nin irsinə hər zaman yüksək dəyər vermişdir. Ümummilli Liderin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd olunması haqqında Sərəncam, eləcə də Cümhuriyyətin şərəfinə Bakıda abidənin ucaldılması ilə bağlı qərarı bu tarixi mərhələyə göstərilən ehtiramın bariz nümunəsidir. Həmçinin Ümummilli Liderin siyasi kursu Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasətə malik güclü dövlətə çevrilməsinə zəmin yaratmışdır. Bu siyasət Azərbaycanın müstəqilliyini möhkəmləndirmiş, ölkəni beynəlxalq birliyin nüfuzlu üzvünə çevirmiş və “Zəfər yolu”nun təməlini qoymuşdur.
Dahi Liderin dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi müdrik və prinsipial siyasət nəticəsində Azərbaycan regionda sabitliyin dayağına çevrilib, iqtisadi gücünü artırıb, beynəlxalq münasibətlər sistemində mühüm aktor statusu qazanıb. Prezidentin 2013-cü ildə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında verilən Sərəncam Cümhuriyyət ideallarına sadiqliyin siyasi təzahürüdür. Bundan əlavə, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncam dövlətçilik tariximizə və milli irsə olan hörmətin bariz nümunəsi kimi dəyərləndirilir.
Azərbaycanın tarixində dönüş nöqtəsi olan 2020-ci ildə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanılmışdır. 2023-cü ildə şanlı ordumuzun həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyü tam təmin olunmuşdur. Bu zəfərlər yalnız hərbi və siyasi qələbə deyil, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının reallaşması – güclü, müstəqil və suveren dövlətin bərqərar olması deməkdir.
28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixi yaddaşını, milli qürurunu və gələcəyə inamını özündə ehtiva edən xüsusi gündür. Cümhuriyyətin demokratik ənənələri bu gün də yaşadılır, inkişaf etdirilir və müstəqil dövlətimizin strateji hədəflərinə doğru inamla irəliləməsində əsas rol oynayır.
Xəbər lenti
Hamısına baxAnalitik
22 Yanvar 11:58
Gündəm
22 Yanvar 11:53
Siyasət
22 Yanvar 11:27
Siyasət
22 Yanvar 10:58
Elm
22 Yanvar 10:51
Siyasət
22 Yanvar 10:39
Siyasət
22 Yanvar 10:24
İqtisadiyyat
22 Yanvar 10:17
Sosial
22 Yanvar 09:50
Ədəbiyyat
22 Yanvar 09:32
Analitik
22 Yanvar 09:14
Gündəm
22 Yanvar 08:54
Analitik
22 Yanvar 08:52
Sosial
22 Yanvar 08:37
İdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47

