Sumqayıt seçiciləri inkişafa, sabitliyə səs verəcək
21.09.2013 [10:08]
YAP Sumqayıt şəhər təşkilatı seçicilərlə növbəti görüşünü keçirib
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sumqayıt şəhəri üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Dünən bu istiqamətdə keçirilən görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən və ölkədə aparılan abadlıq quruculuq işlərindən ətraflı danışıb. O, 9 oktyabrda keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, Prezident İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün Azərbaycan xalqının seçimidir: “Bu özlüyündə tutarlı bir arqumentdir. Yəni, Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə ölkədə elə bir sahə yoxdur ki, orada dövlət başçısının diqqətinin və qayğısının izləri görünməsin. Bu səbəbdən Prezident İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir”.
Çıxış edən millət vəkili Leyla Abdullayeva müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etməsində Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Eyni zamanda, Ulu öndərin siyasətini uğurla davam etdirən, cənab İlham Əliyevin xidmətlərindən bəhs edən millət vəkili hamını seçkilərə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov da Azərbaycanda gedən sürətli inkişafdan danışıb. Bildirilib ki, bu inkişaf Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir: “Prezident İlham Əliyev Azərbaycanı firavan gələcəyə doğru aparan namizəddir. Gəlin inkişafa, gələcəyimizə - İlham Əliyevə səs verək”.
Eldar İsmayılov isə bildirib ki, Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, qısa müddətdə çox böyük uğurlara imza atıb. Bu isə, heç şübhəsiz ki, ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsidir. “Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsidir ki, bütün sahələrin paralel inkişafı təmin olunub. Həyata keçirilən sosial-iqtisadi kurs vətəndaşlarının rifah halının daha da yaxşılaşmasına xidmət edib” - deyə, E.İsmayılov vurğulayıb.
Tədbirdə çıxış edən təğliğat-təşviqat qrupunun üzvləri Sabir Məlikov, Mustafa Salahov və Hümbət Quliyev bildiriblər ki, Azərbaycan bayrağını yüksəklərə qaldıran, haqq səsimizi beynəlxalq kürsülərdən səsləndirən, xalqın güzəranını yaxşılaşdıran, dövlətimizi abadlaşdıran, gözəlləşdirən məhz Heydər Əliyev siyasi kursunun və məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevdir. Qeyd edilib ki, Azərbaycanı işıqlı sabaha, yeni uğurlara aparan namizədə - Prezident İlham Əliyevə səs verməsi hər bir azərbaycanlının öz gələcəyini firavan şəkildə təminat altına almasıdır.
Daha sonra çıxış edən seçicilər Süleyman Babayev, Rüstəm Sadıqzadə, gənclərin nümayəndəsi Elmar Məmmədov öz növbələrində dövlət başçısının xarici və daxili siyasətini dəstəklədiklərini bildiriblər və qeyd ediblər ki, bu seçkilərdə də öz səslərini Ulu öndər Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla həyata keçirən cənab İlham Əliyevə verəcəklər.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

