Ötən müddət ərzində Azərbaycan çox böyük uğurlar qazanıb
22.09.2013 [10:54]
Şəki rayonunda yerləşən Çələbixan məcburi köçkünlər qəsəbəsində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Laçın rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəki rayonu Çələbixan məcburi köçkünlər qəsəbəsində məskunlaşmış seçicilərlə növbəti görüşlərini keçirib.
Tədbiri giriş sözü ilə YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli açaraq, cənab İlham Əliyevin təbliğatı çərçivəsində indiyədək keçirilən bütün görüşlərin seçicilərin böyük ruh yüksəkliyi və yüksək siyasi fəallığı şəraitində baş tutduğunu bildirib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 il öncə andiçmə mərasimindəki nitqində ölkəmizin gələcəyi ilə bağlı düşüncələrini və qarşıdakı illərdə həyata keçiriləcək siyasətin tezisləri barədə bildirirdi ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir.
Ötən 10 ildə Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi, beynəlxalq nüfuzunun sürətlə artması, dinamik iqtisadi inkişaf magistralına çıxması, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasətin yeridilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təşkili məhz Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri sayəsində mümkün olub. Bütün Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə böyük etimad bəsləyir, Onun siyasi kursunu birmənalı şəkildə dəstəkləyirlər”.
Çıxış edən Milli Məclisin deputatı Nazim Fərəcov bildirib ki, son 10 ildə respublikamız cənab İlham Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində ölkəmizdə təmin olunmuş siyasi sabitlik, sürətli iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, əhalinin pensiya, müavinət və əməkhaqlarının hər il artması ilə ölkə əhalisinin yaşayış səviyyəsini xeyli yüksəldib: “Son 10 ildə cənab İlham Əliyev bütün bölgələrə dəfələrlə səfər edib, sadə əmək adamları ilə görüşüb, onları dinləyib və qaldırdıqları məsələlərin həlli ilə bağlı aidiyyəti dövlət qurumlarına göstərişlər verib, icrasına şəxsən nəzarət edib. Bütün bunların nəticəsidir ki, son illər respublikamızda müasir tipli müalicə-diaqnostika mərkəzləri, uşaq bağçaları, yaraşıqlı 2-3 mərtəbəli məktəb binaları, inzibati binalar, məcburi köçkünlər, əlillər və şəhid ailələri üçün yaşayış evləri və digər obyektlər tikilib istifadəyə verilib və bu istiqamətdə aparılan işlər davam etdirilir”.
Şəki rayonunda yerləşən Çələbixan köçkünlər qəsəbəsində Laçın rayon sakinləri ilə keçirilən tədbirdə çıxış edən qəsəbə məktəbinin müəllimləri Tofiq Əhmədov, Xıdır Əsgərov, Rafayıl İsmayılov, rayon ağsaqqalı Şahverdi Əhmədov, Oqday Qarayev və başqaları cənab İlham Əliyevin rəhbərliyi dövründə ölkənin sürətli inkişafı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşması, sabitliyin və əmin-amanlığın bərpa olunması, tikinti işlərinin geniş vüsət almasının böyük önəm kəsb etməsini xüsusi vurğulayıblar. Qeyd olunub ki, bütün ölkə vətəndaşları kimi laçınlılar da cənab İlham Əliyevi dəstəkləyirlər. Buna görə də YAP-ın namizədinə səs verəcəklər.
Oktay
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03

