Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Prezident İlham Əliyevin Kəlbəcərə səfəri: Doğma torpaqlara qayıdışın tarixi anı

Prezident İlham Əliyevin Kəlbəcərə səfəri: Doğma torpaqlara qayıdışın tarixi anı

28.08.2025 [13:08]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda keçirilən tədbirdə çıxış edərək, rayon sakinlərini 32 ildən sonra doğma yurdlarına qayıdış münasibətilə təbrik etmişdir. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, bu gün kəlbəcərlilər üçün tarixi bir gündür və Azərbaycan xalqı iradəli xalq olaraq ədaləti bərpa etmişdir.

Ölkə başçısı Vətən müharibəsini şanlı tarix kimi qiymətləndirib və bildirib ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək Ermənistanı 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etmişdir. Dövlət başçısı vurğulayıb ki, müharibədə bir dənə də fərari olmamış və xalq Vətən uğrunda ölümə hazır olmuşdu

Dövlət başçısı qeyd edib ki, dövlət tərəfindən Kəlbəcər şəhərində gözəl şərait yaradılıb və şəhər dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. “Böyük Qayıdış” Proqramı çərçivəsində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulub və burada 10 mindən çox insan yaşayacaq. Prezident İlham Əliyev infrastruktur layihələrindən bəhs edərək, işıq, su, təbii qaz, yollar və minalardan təmizləmə işlərinin tamamlandığını bildirib. Həmçinin, yeni məktəbin tikintisi davam edir və bu il kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar.

Prezident İlham Əliyev Kəlbəcərə səfərlərini xatırladaraq, 16 avqust 2021-ci il səfərində Ömər aşırımı, tunellər, elektrik stansiyaları və digər layihələrlə tanış olduğunu qeyd edib. O, əlavə edib ki, Kəlbəcər rayonunun canlanması Azərbaycanın inkişafının simvoludur və sakinlər burada rahat yaşayacaqlar.

Bu tədbir Azərbaycanın Qarabağ bölgəsində yenidənqurma işlərinin uğurlu davamı kimi qiymətləndirilir.

Abbas Pənahov,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30